İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çin dövləti bu ölkədə yaşayan müsəlmanları izləmək və kontrol etmək üçün müxtəlif ərazilərdə kameralar quraşdırıb.
İnternet təhlükəsizlik mütəxəssisi Viktor Cefriz bu barədə deyib: Çinin internet təhlükəsizlik şirkətlərindən biri Sincan əyalətində yaşayan 2 milyon 500 min nəfəri gizli kameralar vasitəsi ilə nəzarət altında saxlayır.
O əlavə edib: Bu kameralar ərazidə aid hər bir hərəkəti izləyir və qeyd edir. Bunadan əlavə həmin region mobil telefonlar vasitəsi ilə də ciddi nəzarət altındadır.
Qeyd edək ki, Çin dövləti Sincan əyalətində yaşayan milyonlarla müsəlmanı məcburi düşərgələrdə həbs edib. Onları işkəncələr verir və uşaqları ailəsindən ayırır. Habelə müsəlmanları məstedici içkilər içməyə və donuz əti yeməyə məcbur edirlər.