IQNA

200 il tarixi olan əlyazma nüsxə Kərbəlada çap edilir

9:57 - January 08, 2019
Xəbər sayı: 3484492
İranlı alim və fəqih Seyid İbrahim Qəzvininin qələmə aldığı 17 cildlik qədim "Dəlailul-Əhkam Fi Şərhi Şəraiil-İslam" kitabının əlyazma nüsxəsi Kərbəlada çap və nəşr ediləcək.

200 il tarixi olan əlyazma nüsxə Kərbəlada çap edilirİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İranl alim və fəqih Seyid İbrahim Qəzvininin qələmə aldığı "Dəlailul-Əhkam Fi Şərhi Şəraiil-İslam" kitabı Kərbəlada çap ediləcək.

Bu barədə Kərbəlada İmam Hüseynin (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən "Dini və Mədəni İrsin Bərpası İdarəsi"nin məsulu Ehsan Xəzir Abbas məlumat verib.

200 il tarixi olan bu kitabın 17 cildlik əlyazma nüsxəsi Kərbəlada İmam Hüseynin (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən "Dini və Mədəni İrsin Bərpası İdarəsi" tərəfindən araşdırılaraq çapa hazırlanacaq.

İmam Hüseynin (ə) hərəminə hədiyyə edilmiş 200 illik bu qədim və nəfis əlyazma nüsxənin çap və nəşr edilməsi üçün digər nüsxələr əsasında araşdırılması və müqayisəsi işləri başladılıb.

Qeyd edək ki, Seyyid İbrahim Qəzvini hicri-qəməri tarixi ilə 1214-cü ildə Qəzvində anadan olub. Uşaqlıqda atası ilə birlikdə İranın Kermanşah şəhərində köçüb. Oradan isə İraqa yollanıb və Kərbəlada məskunlaşıb. "Zəvabitul-Əhkam", "Nətayicul-Əfkar" və "Risaltul-Fiqhiyyə" onun digər əsərləridir.       

http://iqna.ir/fa/news/3779331  

Teqlər: iqna ، əlyazma nüsxə ، qəzvini
captcha