IQNA

Ayətullah İsa Qasimin gözü əməliyyat olunacaq

16:52 - October 11, 2018
Xəbər sayı: 3484034
Ayətullah Şeyx İsa Qasimin sağlamlığı və müalicəsinə nəzarət heyəti Şeyxin tez sağalması və əməliyyatının uğurlu olması üçün Bəhreyn xalqından Şeyx üçün dua etmələrini istəyiblər.

Ayətullah İsa Qasimin gözü əməliyyat olunacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreyn şiələrinin mənəvi lideri Ayətullah Şeyx İsa Qasimin digər gözü də əməliyyat olunacaq.

Ayətullah Şeyx İsa Qasimin sağlamlığı və müalicəsinə nəzarət heyəti Şeyxin müalicəsi barədə 12-ci bəyaniyyəni yayaraq bildiriblər ki, İngiltərənin London xəstəxanasının həkimləri Ayətullah İsa Qasimin digər gözünün üzərində bu gün, həftənin üçüncü günü, 11 Oktyabr 2018-ci il, cərrahiyyə əməliyyatı keçirəcəklər. Həkimlər qrupu bildiriblər ki, bu əməliyyat çox dəqiq və çətindir. Buna görə də cərrahiyyə əməliyyatı üçün çox zaman gərəkəcəkdir.

Ayətullah Şeyx İsa Qasimin sağlamlığı və müalicəsinə nəzarət heyəti Şeyxin tez sağalması və əməliyyatının uğurlu olması üçün Bəhreyn xalqından Şeyx üçün dua etmələrini istəyiblər.

Qeyd edək ki, Ayətullah Şeyx İsa Qasim Bəhreynin Ali-Xəlifə rejiminin quldurlarının mühasirəsində ev dustaqlığı çəkdikdən sonra cari ilin yayında (İyul) müalicə üçün Londana aparılaraq təcili xəstəxanaya götürüldü. Sentyabr ayının 27-də London xəstəxanalarından birində gözü əməliyyat edildi.     

http://iqna.ir/fa/news/3754925

captcha