IQNA

Bəhreyn xalqı Ali-Xəlifə rejiminə qarşı aksiya keçirib

12:51 - October 06, 2018
Xəbər sayı: 3484005
Bəhreyndə əhali ölkənin müxtəlif bölgələrində Ali-Xəlifə rejiminə qarşı geniş etiraz aksiyaları keçirib.
Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA) Sahartv-yə istinadla xəbər verir ki, dünən gecə Bəhreyn xalqı Əbu-Səybə, Əl-Şaxurə bölgələrində geniş aksiya keçirərək Ali-Xəlifə rejiminin şiələr, siyasi fəallar və alimlərə qarşı düşmən hərəkətlərini pisləyib. 

Aksiyaçılar Ali-Xəlifə rejimi başçılarına qarşı şüarlar səsləndirib, öldürülənlərin ailələrinin kədərini bölüşdüklərini bildirib və siyasi məhbusların azad edilməsinə çağırıblar. 

Aksiyaçılar həmçinin alimlər və siyasi fəalların dərhal azad edilməsini istəyiblər. 

Bəhreyn 2011-ci il 14 fevraldan Ali-Xəlifə rejiminə qarşı xalq qiyamının şahididir. Bəhreyn xalqı Ali-Xəlifə rejiminin kənarlaşması və siyasi məhbusların azad edilməsini istəyir. 
 
captcha