İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami əlaqələr və mədəniyyət təşkilatının informasiya portalına istinalda verdiyi xəbərə görə, İran İslam Respublikasının kenyadakı Mədəniyyət Əlaqələri İdarəsi tərəfindən Sentyabr ayının 2-də Ğədir-Xum bayramı keçiriləcək.
Ğədir-Xum bayramının keçirilməsi mərasimi Keynya şiələrinin yaşadıqları "Park Rud" rayonunun məscidində baş tutacaqdır. İmamət və vilayət bayramı mərasimində Kenyada yaşayan Əhli-Beyt (ə) aşiqləri və İran İslam Respublikasının bu ölkədəki Mədəniyyət Əlaqələri İdarəsi iştirak edəcəkdir.
Mərasimdə Kenyanın elmi və mədəni şəxsiyyətləri çıxışlar edəcəklər, Ğədir-Xum baryamı və bu bayramın tarixi barədə yazılmış məqalələr qiraət ediləcək və Ğədir-Xum bayramının əməlləri yerinə yetiriləcəkdir.
Bayramı günü Zöhr və Əsr namazlarından sonra mölvudnamə, mədhiyyə oxunacaq və digər proqramlar icra ediləcəkdir.