IQNA

ƏQSA məscidində Qurban namazı qılındı

19:32 - August 21, 2018
Xəbər sayı: 3483710
Qüds şəhəri və işğal edilmiş Fələstin torpaqlarında yaşayan yüz min civarında fələstinli müsəlmanlar bu gün səhər özlərini ƏQSA məscidinə yetirərək Qurban bayramı namazını qıldılar.

ƏQSA məscidində Qurban namazı qılındıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qüds şəhəri, işğal edilmiş Fələstin torpaqlarında yaşayan və digər İslam ölkələrindən olan yüz min civarında fələstinli və müsəlmanlar bu gün səhər özlərini ƏQSA məscidinə yetirərək Qurban bayramı namazını qıldılar.

On minlərlə fələstinli bu gün səhər, həftənin ikinci günü, 21 Avqust 2018-ci il, işğalçı sionist rejiminin təhlükəsizlik qüvvələrinin Qüds şəhərinin girişlərində şiddətli yoxlama postları qurmalarına baxmayaraq, Qurban bayramı namazını qılmaq üçün özlərini Əqsa məscidinə çatdırdılar.

Qüdsün İslami Vəqflər İdarəsinin informasiya şöbəsinin məsulu Fəras Debs bu barədə deyib ki, Əqsa məscidinə Fələstin və digər İslami ölkələrdən gələn namazqılanların sayı 100 min civarında olub.

Qurban bayramı namazından sonra Əqsa məscidinin həyətində uşaqlar üçün şənlik məclisi keçirilib və uşaqlara hədiyyələr paylanılıb.

Əqsa məscidinin müftisi və xətibi Qurban namazının xütbələrində Qüds əhalisinin Əqsa məscidini sonadək müdafiə edəcəyini önə çəkərək işağlçı rejimin müsəlmanların ilk qibləsinin yəhudiləşdirilməsi siyasətini pisləyib.   

http://iqna.ir/fa/news/3740458

Teqlər: iqna ، Əqsa ، qüds ، qurban namazı
captcha