IQNA

Mosulda 900 illik İncili satmaq istədilər

19:16 - August 21, 2018
Xəbər sayı: 3483709
İraqın Neynəva əyalətinin təhlükəsizlik qüvvələri və polisləri Mosul şəhərində qədim və tarixi 900 illik İncil kitabı nüsxəsini satmaq istəyən qaçaqmalçıları yaxaladılar.

Mosulda 900 illik İncili satmaq istədilərİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Neynəva əyalətinin təhlükəsizlik qüvvələri Mosul şəhərində 900 illik İncil kitabını satmaq istəyən qaçaqmalçıları yaxaladılar.

İraqın daxil işlər nazirliyinin sözçüsü bu gün, həftənin ikinci günü, 21 Avqust 2018-ci il, bu barədə bəyaniyyə yayaraq bildirdi ki, Neynəva polisinin mütəşəkkil cinayətlərlə mübarizə idarəsi əldə edilmiş dəqiq məlumatlar əsasında əməliyyat keçirərək Mosul şəhərinin əl-Müariz rayonunda qədim və tarixi İncil nüsxəsinin oğurluq satışının qarşısını alaraq cinayətkarları həbs ediblər.

Daxili işlər nazirliyinin məlumatına əsasən, 900 il tarixi olan bu İncil nüsxəsi Mosulun qədim Martuma kilsəsindən oğurlanmışdır.  

http://iqna.ir/fa/news/3740420

Teqlər: İraq ، incil ، mosil ، mosul ، iqna
captcha