IQNA

Amerikanın İslami Əlaqələr Şurası ABŞ Ali Məhkəməsinin qərarını tənqid etdi

11:24 - June 29, 2018
Xəbər sayı: 3483390
Amerikanın İslami Əlaqələr Şurası bu dövlətin prezidenti Donald Trampın müsəlman miqrantların Amerikaya girişinə qadağa qoyan fərmanın ölkənin Ali Məhkəməsi tərəfindən təsdiqlənməsini tənqid etdi.

Amerikanın İslami Əlaqələr Şurası ABŞ Ali Məhkəməsinin qərarını tənqid etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerikanın İslami Əlaqələr Şurası bu dövlətin prezidenti Donald Trampın müsəlman miqrantların Amerikaya girişinə qadağa qoyan fərmanın ölkənin Ali Məhkəməsi tərəfindən təsdiqlənməsini tənqid etdi.

Mişiqan əyalətində yerləşən Amerikanın İslami Əlaqələr Şurasının (CAİR-Mİ) afrikalı müsəlman rəisi Davud Vayld Ali Məhkəmənin bu qərarının digər qərarları kimi yanlış addım olduğuna işarə edərək dedi: Donald Trampın bir neçə müsəlman ölkəsinin vətəndaşlarının Amerikaya girişinə qadağa siyasəti gələcəkdə bu ölkədə dini və irqi zəmində ayrıseçkilik və qarşıdurmaya zəmin yaradır. Bu qərar həm də uzun illər Amerikada yaşamış bütün müsəlman vətəndaşların hüquqlarının kobud şəkildə pozulması və milyonlarla insanın hüquqlarını görməzdən gəlməkdir.

O vurğuladı: Bu siyasət amerikalı müsəlmanların şəxsiyyətinin alçaldılması və onlara digər dinlərin davamçıları ilə müqayisədə üstdən aşağı baxmaqdır. Trampın bu addımı müsəlmanlara "siz İslamda olmayan digər vətəndaşlardan aşağısınız" ismarıcıdır. Bu isə ölkənin əsas konsitutsiyasına zidd addım atmaqdır. Mənim də digər müsəlmanlar kimi babalarım bu ölkədə anadan olublar, burada yaşayıblar. Buna görə də bu siyasət təkcə müsəlmanlara qarşı kinə və düşmənçilik deyil, həm də Amerikanın tarixinə göz yummaqdır. Əgər İslam və müsəlmanlar olmasaydı bu gün Amerika da yox idi. Amerika yarandığı gündən burada müsəlmanlar yaşayıb. İslam Amerika tarixinin ayrılmaz hissəsidir.

O vurğuladı: Neçə yüz il öncə Afrikalı müsəlmanların 30 faizi bu torpaqlara qul kimi gətirildilər. Bu gün Amerikada yaşayan müsəlman afrikalıların sayı milyonlarladır. Amma ABŞ meidası çalışır ki, afrikalı müsəlmanları digər Amerika vətəndaşlarından fərqli bir simada və yad ünsür kimi göstərsinlər.

Mişiqan əyalətində yerləşən Amerikanın İslami Əlaqələr Şurasının (CAİR-Mİ) afrikalı müsəlman rəisi Davud Vayld Ali Məhkəmənin bu qərarını ABŞ prezidentinin müsəlmanlara qarşı açıq-aşkar nifrətinə gözyummaq adlandıraraq dedi: Bu qərarın nəticəsi Amerikada irqi və dini ayrıseçkiliyin və islamofobiyanın çoxalmasına səbəb olacaqdır. Buna görə də Amerika vətəndaşlarından xahiş edirik ki, bu siyasətə etiraz etsinlər.

http://iqna.ir/fa/news/3726095  

Teqlər: iqna ، donald ، tramp ، ali məhkəmə ، miqrant
captcha