IQNA

Amerika Ali Məhkəməsi Trampın müsəlmanlar əleyhinə fərmanını təsdiqlədi

17:49 - June 27, 2018
Xəbər sayı: 3483385
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ali Məhkəməsi bu ölkənin prezidenti Donald Trampın müsəlman miqrantlar əleyhinə verdiyi fərmanı təsdiq etdi.

Amerika Ali Məhkəməsi Trampın müsəlmanlar əleyhinə fərmanını təsdiqlədiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ali Məhkəməsi bu ölkənin prezidenti Donald Trampın müsəlman miqrantlar əleyhinə verdiyi fərmanı təsdiq etdi.

ABŞ prezidenti Donald Tramp bu fərmanda bir neçə müsəlman ölkəsinin vətəndaşlarının Amerikaya girişinə qadağa qoymuşdu.

Amerikanın Ali Məhkəməsi isə Donald Trampın müsəlmant miqrantlar barədə verdiyi qərarı araşdıraraq ölkə prezidentinin vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün belə bir addım atmaqda hüquqi baxımdan haqlı olduğunu hesab edib.  

 Hakim Can Rabertizin dediyinə görə, Ali Məhkəmənin bu barədə keçirdiyi iclasda ABŞ prezidentinin qərarı 5 müvaqif və 4 müxalif rəylə təsidq edilib.

Ali Məhkəmə bu qərarı elan etdikdən sonra prezident Donald Tramp bu hökmü Amerika xalqı və ölkə konsitutsiyası üçün böyük qələbə sayaraq bu barədə öz şəxsi tyuter hesabında yazdı: "Ali Məhkəmə Trampın müsəlman miqrantlar barədə fərmanını təsdiqlədi".

ABŞ prezidenti Donald Tramp fərmanına əsasən, bir neçə müsəlman və qeyri-müsəlman ölkənin, o cümlədən İran, Suriya, Libi, Sumali, Yəmən və Şimali Koreya vətəndaşlarının Amerikaya girişinə qadağa qoymuşdu.

http://iqna.ir/fa/news/3725924

captcha