IQNA

İŞİD komandirləri Suriyada ələ keçirildi

12:42 - May 11, 2018
Xəbər sayı: 3483150
İraqın təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində İŞİD terrorist qruplaşmasının komandirlərindən beş nəfəri Suriyada ələ keçirilib və digər 40 nəfəri əməliyyat zamanı məhv edilib.

İŞİD komandirləri Suriyada ələ keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın təhlükəsizlik qüvvələrinin keçirdiyi genişmiqyaslı əməliyyatı nəticəsində sələfi və vəhabi məzhəbinin törəməsi olan İŞİD terrorist qruplaşmasının komandirlərindən beş nəfəri Suriyada ələ keçirilib və digər 40 nəfəri əməliyyat zamanı məhv edilib.

İraqın təhlükəsizlik qüvvələrinin bu gün, həftənin Cümə günü, 11 May 2018-ci il, yaydığı bəyaniyyədə bildirilir ki, Suriya torpaqlarında ələ keçirilən bu komandirlər İraqın Ənbar və Mosul şəhərlərinə hücumları zamanı terroristlərə rəhbərlik ediblər.

Bəyaniyyədə deyilir: İraq silahlı qüvvələrinin ali baş komandanı Heydər İbadinin birbaşa əmri və nəzarəti altında təhlükəsizlik qüvvələrinin həyatı keçirdiyi geniş əməliyyat zamanı sələfi və vəhabi məzhəbinin törəməsi olan İŞİD terrorist qruplaşmasının yüksək çinli komandirləri məhv edildi və bir neçə nəfəri ələ keçirildi. Onlar İraqın Ənbar və Mosul şəhərlərində İŞİD-in terror hücumlarına rəhbərlik ediblər.  

İraq təhlükəsizlik qüvvələrinn qərargahı bu əməliyyatın Suriya və İraq sərhədlərində yerləşən Suriya rayonlarında keçirildiyini bildirib. Ələ keçirilən İŞİD komandirlərindən mühüm məlumatlar əldə edilib. Bu məlumatlar əsasında həyata keçirilən hava hücumları nəticəsində isə qırxdan çox İŞİD komandiri məhv edilib.     

http://iqna.ir/fa/news/3713274  

Teqlər: iqna ، İŞİd ، İraq ، suriya ، ənbar ، mosul
captcha