İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tunisin İran İslam Respublikasının beynəlxalq Qurani-Kərim yarışlarının xanımlar bölməsində iştirak edəcək nümayəndəsi məlum olu.
Tunis İİR-nın beynəlxalq Qurani-Kərim yarışlarının xanımlar arasındakı 2-ci beynəlxalq yarışlara Hüdəyl bint Cəmaəti ezam edəcək.
Hüdəyl bint Cəmaətin 17 yaşı var və İİR-nın beynəlxalq Qurani-Kərim yarışlarının xanımlar bölməsində Quranın hifzi üzrə yarışacaqdır.
O, həftənin bazar günü (15 Aprel 2018) Tunisin Səfaqes şəhərində yarışlara qatılmaq üçün sınaq imtahanlarından keçib.
Qeyd edək ki, İram İslam Respublikasının 35-ci beynəlxalq Qurani-Kərim yarışlarının tərkibində qadınlar arasında 2-ci beynəlxalq Quran yarışları Aprel ayının 21-dən 24-dək Tehranın İrəm hotelində keçiriləcəkdir.