IQNA

Məhəmmədtəqi Rəhbər:

İslam dünyasındakı vəhdət zəifliyi myanmarlı müsəlmanlara olan zülmü artırır

1:12 - September 12, 2017
Xəbər sayı: 3482141
İranın İsfahan şəhərinin Cümə xətibi İslam dünyasındakı vəhdət zəifliyini düşmənlərin myanmarlı müsəlman azlıqlara qarşı cürətlənməsinin və zülm etməsinin əsas amili hesab etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının İsfahan əyalətini İsfahan şəhəri Cümə xətibi Höccətul-İslam vəl-müslimin Məhəmməd Təqi Rəhbər İQNA ilə müsahibəsində İslam dünyasındakı vəhdət və həmrəylik zəifliyini düşmənlərin müsəlmanlara, o cümlədən myanmarlı müsəlman azlıqlara qarşı cürətlənməsinin və vəhşicəsinə zülm etməsinin əsas amili hesab edərək dedi: Myanmar məsələsində də İran daha aktiv rol ifa etməlidir ki, bu zülm beynəlxalq kiv-lərdə işıqlandırılsın, bu məsələ ilə bağlı beynəlxalq toplantılar keçirilsin, beynəlxalq qrumlara şikayətlər edilsin və bununla Myanmar dövlətinə təzyiqlər olunsun.

O əlavə etdi: Əgər müsəlman dövlətləri və İslam dünyası Myanmarın müsəlmanlara tutduğu divan qarşısında passiv mövqe sərgiləməsəydilər buddistlər bu qətliamı törədə bilməzdilər.

İsfahan şəhəri Cümə xətibi Höccətul-İslam vəl-müslimin Məhəmməd Təqi Rəhbər vurğuladı: Əgər İslam dünyası və müsəlman dövlətləri beynəlxalq ərsələrdə bir-birinin yanında olsaydılar, həmfikir, həmrəy və bir olsaydılar, beynəlxalq məsələlərdə bir-birilə uyğunlaşdırılmış siyasət irəli sürəydilər bu gün düşmənlər dünyanın heç bir yerində bir müsəlmana belə zülm edə bilməzdilər.

Höccətul-İslam vəl-müslimin Məhəmməd Təqi Rəhbər dedi: Üç ildir ki, dünya və İslam dövlətləri Ali-Səudun Yəmən xalqına qarşı törətdiyi cinayətlərə göz yumursa və İŞİD bəzi İslam ölkələri tərəfindən dəstəklənirsə, buddistlərdən müsəlmanlara qarşı davranışda hansı gözləntimiz ola bilər?

O vurğuladı: İslam dünyasının birliyi itərsə, İslam dövlətləri bir-birinin taleyinə biganə qalarsa, əlbəttə ki, myanmarlı buddistlər kimi zalimlərin müsəlmanları qətliam etməyə cürəti çatacaq.

İsfahan şəhərinin Cümə xətibi İran İslam Respublikasının İraq və Suriyadakı uğurlarına işarə edərək vurğuladı ki, İran myanmarlı müsəlmanların problemlərinin həlli meydanında da təsirli rola malik olmalıdır.

http://www.iqna.ir/fa/news/3640291


Teqlər: imam cümə ، isfahan ، myanmar
captcha