IQNA

Tatarıstanın dövlət təqvimində Qurban bayramı rəsmi tətil olaraq yazıldı

0:05 - September 03, 2017
Xəbər sayı: 3482078
Tatarıstan respublikasının İş və Əmək nazirliyinin yeni dəyişiklik ilə çap və nəşr etdiyi dövlət təqvimində Qurban bayrmı günü həmişəlik olaraq rəsmi tətil günü olaraq yazıldı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tatarıstan respublikasının İş və Əmək nazirliyinin yeni dəyişiklik ilə çap və nəşr etdiyi dövlət təqvimində Qurban bayrmı günü həmişəlik olaraq rəsmi tətil günü olaraq yazıldı.

Bu barədə İQNA-ya (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Rusiya federasiyasındakı Mədəni İşlər İdarəsinin mətbuat və informasiya şöbəsi məlumat verib.

Bu il, 2017-ci il, Qurban bayramı Sentyabr ayının biri ilə üst-üstə düşmüşdü ki, həm də bu ölkənin təqvimində "elm və bilik" günü kimi qeyd edilir. Digər tərəfdən isə Tatarıstanın rəsmi təqvimində Avqust ayının 30-u "cümhuriyyət günü" olaraq da rəsmi tətildir. Buna görə də tatarlar iki gün ardıcıl bayram tətili etdilər. Avqustun 29 və 31-də isə Tatarıstan respublikasının bütün idarələri gündəlik işi bir saat tez yekunlaşdıraraq, bir saat az işlədilər.

http://www.iqna.ir/fa/news/3637417


captcha