IQNA

Bəhreyndə Şeyx İsa Qasimin naməlum vəziyyəti

10:21 - July 01, 2017
Xəbər sayı: 3481811
Şeyx İsa Qasimin Əldiraz məntəqəsindəki mənzilinin Ali-Xəlifə rejiminin hərbçiləri tərəfindən mühasirəsindən təqribən 40 gün keçir və hələ də onun barəsində bir məlumat yoxdur


Bəhreyndə Şeyx İsa Qasimin naməlum vəziyyəti

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Sahartv-yə istinadla xəbər verir ki, Bəhreynin tanınmış din xadimi Şeyx İsa Qasimin Manama şəhərinin qərbində yerləşən Əldiraz məntəqəsindəki mənzilinin Ali-Xəlifə rejiminin hərbçiləri tərəfindən mühasirəsindən təqribən 40 gün keçir və hələ də onun barəsində bir məlumat yoxdur.

Bəhreynli mənbələr bildiriblər ki, Bəhreynin inqilabçı xalqından yüzlərlə nəfər elə bir halda 375-ci gün dalbadal Şeyx İsa Qasimin mənzilinə doğru yürüş keçirib və "Allahu-Əkbər!” şüarı veribdir ki, onun durumu barədə heç bir məlumat yoxdur.

Ali-Xəlifə rejiminin məhkəməsi bundan öncə Şeyx İsa Qasimi bu rejimlə müxalifət və pulyuma kimi puç ittihamlarla vətəndaşlıqdan məhrum edərək, bir il şərti cəzaya və 100 min Bəhreyn dinarı ödəməyə məhkum edibdir.

Ali-Xəlifə rejiminin xəfiyyə qüvvələri indiyədək Əldiraz məntəqəsinə və Şeyx İsa Qasimin himayədarlarına qarşı çoxlu sayda hücumlar keçirərək, bir qrup insanı öldürüb, onlarla insanı yaralayıb və yüzlərlə nəfəri də həbs ediblər.

captcha