IQNA

Bəhreynli alim işgəncə edilib

12:58 - June 06, 2017
Xəbər sayı: 3481729
Bəhreyn şiə alimləri islami məclisinin sədri, şeyx İsa Qasimin mənzili önündə oturaq aksiya keçirənlərə qarşı qanlı hücuma etiraz etdiyinə görə həbsxana məmurları tərəfindən işgəncəyə məruz qalır.


Bəhreynli alim işgəncə edilib

Sahartv-nin verdiyi məlumata görə, Bəhreyn şiə alimləri islami məclisinin sədri MəcidƏl-Məşəl karsa köçürülüb və onun səhhəttində ciddi problemlər var, amma Ali-Xəlifə rejimi məmurları onun xəstəxanaya köçürülməsinə icazə vermirlər.

Əl-Məşəlin ailəsi onun saxlanılması şəraitinə görə şikayət edib və onun müalicəsinə qoyulan qadağanın götürülməsini tələb edib ancaq bu şikayətdən bir ayın ötməsinə baxmayaraq heç bir cavab alınmayıb.

Bəhreyn insan haqları mərkəzi bu ölkə vətəndaşlarına qarşı işgncə və edamın dayandırılmasına təkid edərək bildirib ki, heç bir vətəndaş işgəncə altında məcburi etiraflar əsasında istintaqa və mühakiməyə məruz edilməməlidir və Ali-Xəlifə rejimi bu barədə cavabdeh olmalıdır.

captcha