IQNA

Bəhreyn rejim qüvvələri hüseynçilərə hücum edib

9:23 - October 03, 2016
Xəbər sayı: 3480856
Terhan, 03.10.2016 – Bəhreynin Ali Xəlifə rejiminin hərbçiləri İmam Hüseyn (ə) əzadarlarına hücum edib.

Bəhreyn rejim qüvvələri hüseynçilərə hücum edib


Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, Ali Xəlifə rejimi qüvvələri bazar günü Məhərrəm ayının başlanğıncında əzadarlıq münasibəti ilə hazırlanan plakatlar, bayraqlar və qara parçaları küçələrdən toplayıblar.

Ali Xəlifə rejim qüvvələri "Əl-Şaxurə” və "Əbu Səbie” qəsəbələrində əzadarlıq bayraqlarını aşağı endirməyə çalışarkən gənclər və Ali Xəlifə rejim qüüvələri arasında qarşıdurma baş verib.

Ali Xəlifə rejim qüvvələri Əhli-Beyt (ə) tərəfdarlarına qarşı gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Bəhreynli gənclərdən yaralananlar olub.

Ali Xəlifə rejim qüvvələri hər il Məhərrəm ayında Əhli-Beyt (ə) tərəfdarlarına qarşı təzyiqləri artırır və əzadarlıq simvollarını küçələrdən yığışdırır.

captcha