IQNA

Bəhreyn şiələrinin ən böyük Cümə namazı yenə də ləğv edildi

22:36 - September 16, 2016
Xəbər sayı: 3480804
Tehran, 16. 09. 2016 – Ali-Xəlifə rejiminin muzdurları İmam Sadiq (ə) Came məscidinin Cümə və camaat imamını məscidə girməyə qoymadılar və şiələrinin ən böyük Cümə namazı yenə də ləğv edildi.











İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "mir`atul bəhreyn" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Ali-Xəlifə rejiminin muzdurları Mənamənin "əd-Diraz" regionunda yerləşən İmam Sadiq (ə) Came məscidinin Cümə və camaat imamını bununla neçənci həftədir ki, ardıcıl olaraq məscidə girməyə qoymadılar və şiələrinin ən böyük Cümə namazı yenə də ləğv edildi.

Bəhreynli şiələrin mənəvi rəhbəri Ayətullah Şeyx İsa Qasimin yaşadığı bölgədə yerləşən İmam Sadiq (ə) Came məscidinin şiələri bu həftənin Cümə namazını da fərdi şəkildə qıldılar.

Mənamənin "əd-Diraz" regionu təxminən üç ay öncədən və despotçi Ali-Xəlifə rejimi tərəfindən Ayətullah İsa Qasimin vətəndaşlığının ləğvindən sonra həmişə bəhreynli vətəndaşların etiraz aksiyalarının şahididir və bu regionun bütün girişləri Ali-Xəlifə muzdurları tərəfindən tam nəzarətə götürülüb.

http://iqna.ir/fa/news/3530508


captcha