IQNA

Ayətullah Məkarim Şirazi AİP liderine məktub ünvanlayıb

9:11 - September 14, 2016
Xəbər sayı: 3480795
Tehran, 14.09.2016 – Ayətullah Məkarim Şirazinin Azərbaycan Respublikasının ruhanisi, AİP lide doktor Mövsüm Səmədova məktubunu nəşr edib.

Ayətullah Məkarim Şirazi AİP lideri Mövsüm Səmədova məktub ünvanlayıb

İQNA – Şiə aləminin tanınmış təqlid mərcəsi öz məktubunda hakimiyyətin müəyyən addımlarına etiraz olaraq aclıq aksiyası keçirən və səhhətində ciddi problemlər yaranan Hacı Mövsüm Səmədovu aksiyanı dayandırmağa çağırıb.

Qeyd edək ki, siyasi məhbus, AİP lideri Mövsüm Səmədov sentyabrın 26-da keçirilməsi planlaşdırılan Konstitusiya dəyişiklikləri aktına, eləcə də Tale Bağırzadə və Nardaran hadisələrinə görə tutulan şəxslərə verilmiş işgəncələrə, qanunsuzluğa etiraz olaraq müddətsiz aclıq aksiyası keçirir. Mövsüm Səmədov avqustun 29-dan aclıq aksiyasına başlayıb və aksiyanın tələbləri ilə bağlı həbsxana rəhbərliyini yazılı şəkildə məlumatlandırıb. Hazırda mübariz ruhaninin səhhətində ciddi problemlər yaranıb.

Ayətullah Məkarim Şirazinin məktubunun mətni:

Allahın adı ilə

Cənab höccətülislam vəlmüslimin doktor Hacı Mövsüm Səmədov!

Salam və ehtiramla.

Siz, həmd olsun Allaha, ömrünüz boyu İslam və müsəlmanlara çox xidmət etmisiniz. Bu xidməti davam etdirmək üçün sağlamlığınızı qorumağınız zəruridir.

Bizə xəbər çatdı ki, siz aclıq aksiyası keçirirsiniz və səhhətinizdə problemlər yaranıb. Mən sizin sağlamlığınızın qorunmasını zəruri sayıram. Bu məqsədlə aclıq aksiyasını dayandırmağınızı istəyirəm. İnşaallah, Allah yolunda cihad edənlərin savabına çatarsınız.

Ümid edirik ki, Azərbaycan hökuməti də sizə və İslam, müsəlmanlar, Azərbaycan məmləkətinin yüksəlişindən başqa məqsədi olmayan başqalarına çətinlik yaratmağa son qoyacaq.

İnşaallah, həmişə Allahın lütfündən bəhrələnəsiniz.

Ayətullah Nasir Məkarim Şirazi

captcha