IQNA

Türkiyədə Quran-Kərim 10 dilə tərcümə edildi

10:29 - January 20, 2016
Xəbər sayı: 3480079
Tehran, 20, 01, 2016 – Türkiyənin Dini İşlər Təşkilatı Quran-Kərimin dünyanın 10 canlı dilinə tərcümə və çapa hazır edildiyini xəbər verdi.











İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "TRT Haber" peyk TV kanalına istinadla verdiyi xəbərə görə, Türkiyənin Dini İşlər Təşkilatı "heç bir Quransız qalmasın" devizi ilə cari ildə Quran-Kərimin dünyanın 10 canlı dilinə tərcümə və çapa hazır edildiyini xəbər verdi.

Yıldıray Kaplan – Türkiyənin Dini İşlər Təşkilatının "xarici dillər və ləhcələr nəşriyyatı"nın müdiri, "Anadolu xəbər agentliyi" ilə müsahibəsində bu ölkənin Dini İşlər Təşkilatının Quran-Kərimi dünyanın 10 canlı dilinə tərcümə və çapa hazır etməsinə işarə edərək dedi: Cari ildə Quran-Kərim bu təşkilat tərəfindən Fars, İngilis, Bolqar, Ukrayn, Qırğız, Alban, Portoqal, Bosniya, Latviya və Koreya dillərində nəşr ediləcəkdir.

Türkiyənin Dini İşlər Təşkilatının "xarici dillər və ləhcələr nəşriyyatı"nın müdiri, bu təşkilatın Quran-Kərimin dünyanın canlı dillərinə tərcümə və nəşrini əsas proqramlarının önündə qərar verdiyini deyərək əlavə etdi: Bu tərcümələr çap və nəşr olunduqdan sonra internet saytlarında da istifadəçilərin ixtiyarında qoyulacaqdır.

Qeyd edək ki, Türkiyənin Dini İşlər Təşkilatı keçən ildə də Quran-Kərimi Fransız, Kürd, Erməni, Ruminiya, Rus, Gürcü, İspan, Azəri, Çin, Tatar, İtaliyan, Qazax və Danimarka dillərinə tərcümə və nəşr etmişdi.

http://iqna.ir/fa/news/3468624


captcha