IQNA

Amerikanın "vox" saytı İsa peyğəmbərin (ə) Qurandakı məqamından yazdı + Foto

22:34 - December 27, 2015
Xəbər sayı: 3470141
Beynəlxalq şöbə: Amerikanın "vox" saytı yeni milad ilinin gəlişi münasibətilə "Həzrət İsa Məsihin (ə) Quran-Kərimdə məqamı" adlı məqalə paylaşdı.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "ət-təhrir" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın "vox" saytı yeni milad ilinin gəlişi münasibətilə "Həzrət İsa Məsihin (ə) Quran-Kərimdə məqamı" adlı məqalə paylaşaraq elan etdi ki, Həzrət İsa (ə) müsəlmanlar arasında çox mühüm bir şəxsiyyətdir.





Amerikanın "voks" saytı "Muslims love Jesus, too: 6 things you didn’t know about Jesus in Islam" adlı məqalədə yazır: "Müsəlmanların "krisməs" (yeni milad ili) bayramını geniş şəkildə bayram kimi qeyd etməməklərinə baxmayaraq Həzrət İsa (ə) İslamda və müsəlmanların arasında böyük hörmət və ehtirama sahibdir.



Həmçinin məqalədə yazılır: Həzrə İsa Məsih (ə), Həzrət Məryəm (ə) və Cəbrayıl (ə) hamısı Quranda zikr olunur. Həmçinin İncildə adları çəkilən Həzrət Adəm, Nuh, İbrahim, Musa və digər mühüm şəxsiyyətlər də Quranda hömrətlə anılır.



Məqalə yazır: Müsəlmanlar inanırlar ki, İsa (ə) Allahın peyğəmbəri və Həzrət Məryəmin oğludur. Qiyamət günündən öncə yerə üzünə qayıdacaq, ədaləti bərpa edəcək, Dəccala qarşı vuruşacaq. Bu sözlər isə bütün məsihilərə tanışdır.



Bu sayt yazır:



"Həzrət Məryəmin (ə) adı Quranda İncildən (əhd-cədid) daha çox işlənilib və hətta haqqında bütöv bir surə də nazil olub. Həzrət Məryəm (ə) yeganə qadındır ki, Quran-Kərimdə adına surə nazil olub".



"Müsəlmanlar İsanın (ə) adını deyərəkən mütləq ardınca "əleyhis-səlam" (ona salam olsun) deyirlər ki, bu söz bütün peyğəmbərlər və o cümlədən İslam Peyğəmbəri (s) üçün də işlədilir".



"Müsəlmanlar inanırlar ki, Həzrət İsa Məsih (ə) çoxlu möcüzə və kəramətlərə sahib olmuşdur ki, bunlardan bəzilərini Quran-Kərim də zikr etmişdir. İslami mətnlərdə Həzrət İsa (ə) haqqında "kora şəfa", "öldü diriltmək", "torpaqdan düzəldilmiş quş heykəlinə can üfürmək" və sair möcüzlər sadalanmışdır".



"Həzrət İsanın (ə) ilk möcüzəsinin (beşikdə ikən dil açaraq danışması) də dastanı Quran-Kərimdə qeyd olunur. Bu dastanda Həzrət İsa (ə) beşikdə ikən öz peyğəmbərliyini elan edir".



Bu məqalə Həzrət Məryəmin Quran-Kərimdə Məryəm surəsinin 16-cı ayəsindən 34-cü ayəsinə qədər olan dastanını nəql etməklə sona çatır:



"(16) (Ya Muhəmməd!) Bu kitabda Məryəmi, onun (Beytul-Müqəddəsin və ya öz evinin) şərq(in)dəki bir məkanda öz adamlarından bir kənara çəkildiyi zamanı yada sal.



(17) Beləliklə onların qarşısında özü üçün (xəlvət bir yer düzəldərək Allaha ibadətlə məşğul olmaq məqsədi ilə) bir pərdə çəkdi. Bu halda Biz Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik və o, onun üçün kamil bir insan surətinə düşdü.



(18) Məryəm dedi: Əgər pərhizkarsansa, mən səndən Rəhman olan Allaha pənah aparıram.



(19) Dedi: Mən sənin Rəbbinin sənə (həmin halda) pak bir oğlan bağışlamaq üçün (göndərdiyi) yalnız elçisiyəm.



(20) Dedi: Mənə bir bəşərin toxunmadığı və heç vaxt pis əməl sahibi olmadığım halda mənim necə oğlum ola bilər?



(21) Dedi: «Elədir, (lakin) sənin Rəbbin buyurmuşdur: Bu iş Mənim üçün asandır (və istəyirik ki, bəzi məsləhət olan işləri gerçəkləşdirək) və onu insanlar üçün (qüdrətimizdən) bir nişanə və Öz tərəfimizdən bir rəhmət etmək üçün (belə edək). Və (yaradılışda olan bu yenilik Lövhi-Məhfuzda) qəti hökmü verilmiş bir işdir.



(22) (Ruh mələyi Məryəmə üfürdü,) beləliklə o, (dərhal) İsaya hamilə oldu. Sonra o (Məryəm) öz (uşaq) yükü ilə uzaq bir məkana kənara çəkildi.



(23) Beləliklə doğuş sancısı onu məcburi şəkildə xurma ağacının quru gövdəsinə tərəf çəkdi. O, (ağrının narahatlığı və rüsvayçılıq qorxusundan) dedi: Ey kaş bundan qabaq öləydim və tamamilə unudulaydım.



(24) Beləliklə (birdən uşaq ayağının) altından onu çağırdı ki, qəm yemə, həqiqətən Allah ayağının altında axar arx (və möhtərəm övlad) qoyub.



(25) Və xurma ağacını özünə tərəf silkələ ki, sənin üçün təzə yığılmış xurma tökülsün.



(26) Beləliklə (həmin meyvədən) ye və (həmin çeşmədən) iç və (yeni doğulmuş uşağa görə) gözün aydın olsun. Camaatdan kimisə görsən (işarə ilə ona) «həqiqətən mən Rəhman olan Allah üçün (sükut) oruc (u) nəzir etmişəm, buna görə də bu gün bir insanla danşmayacağam» de.



(27) (Məryəm) onu (uşağı) qucağında tayfasının yanına gətirdi. Onlar dedilər: Ey Məryəm, sən doğrudan da təəccüblü və xoşagəlməz bir iş görmüsən.



(28) Ey Harunun bacısı, nə atan pis kişi olub, nə də anan pis əməl sahibi olub.



(29) (Məryəm) ona (uşağa) tərəf işarə etdi (ki, ondan soruşun). Dedilər: Beşikdə olan körpə uşaqla necə danışaq?!



(30) (Həmin körpə dilə gəlib) dedi: Həqiqətən mən Allahın bəndəsiyəm, O, (bu halımda) mənə kitab (İncil) verib və məni (bu yaşda) peyğəmbər edib.



(31) Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki sağam mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb.



(32) Və məni anama xeyirxah edib və təkəbbürlü, itaətsiz və rəhmətdən məhrum etməyib.



(33) Salam olsun mənə o gün ki, doğuldum, o gün ki, öləcəyəm və o gün ki, diri(ldilərək) qaldırılacağam.



(34) (Dünyaya gəlməsi və sifətləri deyilən) bu (insan) İsa ibn Məryəm – (yəhudilərin sehrbaz, xaçpərəstlərin isə Allahın oğlu adlandırıb) barəsində tərəddüddə olduqları (həmin) o haqq kəlmədir.



(35) Allaha övlad götürmək yaraşmaz (bu, ağıl baxımından qeyri-mümkün, şəriət baxımından qəbul edilməzdir). O, (qadın və övlada möhtac olmaqdan) pakdır. (Çünki) bir işin olmasını qəti istəyəndə ona «ol!» deyən kimi olur.



(36) (İsa dedi:) Və şübhəsiz, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Doğru yol budur!".



Məqalənin ingiliscəsini görmək üçün bura (jesus-in-islam) tıklayın. 3469822





 



 

Teqlər: jesus ، in ، İslam ، isa ، dinində
captcha