IQNA

Misrli müftinin vəhabi müftilərə cavabı:

İsa peyğəmbərin (s) miladını təbrik demək "bidət" deyil!

0:01 - December 26, 2015
Xəbər sayı: 3469197
Beynəlxalq şöbə: Misrli müfti Şövqi Əllam yeni miladın ilinin çatması ilə yaranan söhbətlərə son qoymaq üçün ərəbistanlı vəhabi müftilərinin cavabında deyib ki, milad bayramını təbrik demək "bidət" deyil.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-yəvm əs-sabe" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, misrli müfti Şövqi Əllam yeni miladın ilinin çatması ilə yaranan söhbətlərə son qoymaq üçün ərəbistanlı vəhabi müftilərinin cavabında deyib ki, milad bayramını təbrik demək "bidət" deyil. O bu barədə Maidə surəsinin 82-ci ayəsinə - وَلَتَجِدَنَّ أَقْرَبَهُمْ مَّوَدَّةً لِّلَّذِینَ آمَنُواْ الَّذِینَ قَالُوَاْ إِنَّا نَصَارَى ذَلِکَ بِأَنَّ مِنْهُمْ قِسِّیسِینَ وَرُهْبَانًا وَأَنَّهُمْ لاَ یَسْتَکْبِرُونَ – (Şübhəsiz, insanların iman gətirənlərə qarşı düşmənçilikdə ən qatısının yəhudilər və müşriklər olmasını görəcəksən. Onların möminlərlə dostluqda ən yaxın olanlarının isə «biz xaçpərəstlərik» deyənlər olduğunu görərsən. Bu, ona görədir ki, onların bir qismi keşişlər və rahiblərdir və onlar təkəbbürlənmir, özlərini yuxarı tutmurlar) - istinad edərək dedi: Məsihi qardaşlarımıza Həzrət İsanın (ə) miladı münasibətilə təbrik demək çox yaxşı addımdır, insanlar arasında qardaşlıq və məhəbbətin yaranmasına səbə olur, İslam dini bunu bəyənir və təsdiq edir.



Şövqi Əllam bəyaniyyəsində əziz islam Peyğəmbərinin (s) doğum gününü qeyd etməyin insanlara sevinc və müsbət ruhiyyə aşıladığına görə bəyənilən bir iş olduğunu bildirərək dedi:  “Son günlərdə sələfi alimlərindən biri Səud Əbduləzimin bir bəyənatı yayıldı. O bu bəyənatda islam peyğəmbərinin (s) doğum gününü qeyd etməyin bidət və haram hesab etmişdi. Lakin biz qeyd edirik ki, Peyğəmbərə (s) eşq bəsləmək imanın göstəricisidir və o həzrətin doğum gününü qeyd etmək düzgün və şəriətə uyğundur. Tarix boyu alimlərimizin əksər hissəsi bunu caiz biliblər və Allaha yaxınlaşmağa amil kimi dəyərləndiriblər.”



3469106

Teqlər: isa ، məsih ، məsihilik ، xristian ، yeni ، il
captcha