IQNA

Ali-Səud çalışır ki, Ayətullah Xameninin məktubu yayılmasın

22:27 - December 13, 2015
Xəbər sayı: 3462778
Beynəlxalq şöbə: Müsəlmanların Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameninin avropalı gənclərə ünvanladığı məktubdan sonra Səudiyyə Ərəbistanı bütün gücü ilə çalışır ki, bu məktub sosial şəbəkələrdə və internet saytlarında yayılmasın.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-aləm" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, müsəlmanların Ali Dini Lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameninin avropalı gənclərə ünvanladığı məktubdan sonra İŞİD kimi terroristlərin əsas himayəçisi olan Ali-Səud sülaləsi  bütün gücü ilə çalışır ki, bu məktub sosial şəbəkələrdə və internet saytlarında yayılmasın.
İŞİD, Ən-Nüsrə, Əl-Qaidə və digər terror təşkilatlarının Nigeriya, Livan, İraq, Suriya, Türkiyə, Rusiya, Misr, Fransa və İngiltərə kimi ölkələrdə onlarla günahsız insanın qurbanlıq olduğu terror hadisələrindən sonra İran İslam İnqilabın Ali Məqamlı Rəhbəri avropalı və amerikalı cavanlara ünvanladığı bir məktubda terrorçuların əsl üzünü və kimlər tərəfindən himayə olunduğunu şərh etdi və cavanlardan istədi ki, Həzrət Məhəmmədin (s) gətirdiyi həqiqi İslam barəsində dəqiq araşdırmalar aparsınlar və bu sülh və dostluq dininin çöhrəsini ləkələməyə çalışan radikallarla mübarizə aparsınlar.
Amma Ali-Səud rejimi və İŞİD, Ən-Nüsrə, Əl-Qaidə və digər terror təşkilatlarının maddi və ideoloji himayədarları, həmçinin məşhur sosial şəbəkələrin və axtarış matorlarının ən böyük şərikləri tam gücləri ilə çalışırlar ki, internet saytlarında və sosial şəbəkələrdə bu məktubun cavanlara çatmasının qarşısını alsınlar.
3462401

Teqlər: iqna ، rəhbər ، islamofobiya ، ali ، səud ، məktub
captcha