IQNA

Sidneyin küçələrində Quran ayələri bir şaxə gül ilə hədiyyə edildi + Video

22:47 - December 08, 2015
Xəbər sayı: 3461366
Beynəlxalq şöbə: Avstraliylı müsəlman xanımlardan bir qrupu İslamın terrorizmlə bir əlaqəsinin olmamasını təbliğ etmək hədəfi ilə Sidneyin küçələrində yoldan ötən insanlara bir Quran ayəsi və bir şaxə gül hədiyyə ediblər.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "24.ae" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Avstraliyanın müsəlman gəncləri bazar günü “İslami maarifləndirmə günü” nü qeyd edərək, ölkə vətəndaşlarına İslam dininin təlimləri haqqında doğru və düzgün məlumatlar veriblər.



Avstraliyalı müsəlman gənclər ölkənin müxtəlif şəhərlərinin küçələrinə çıxaraq, “İslami maarifləndirmə günü” münasibətilə İslam barədə formalaşan yalnış imici düzəltməklə, gül dəstələrinə və mineral su şüşələrinə yapışdırılmış Quran ayələrini və Hz Peyğəmbərin (s) hədislərini yoldan keçənlərə paylayıblar.



Sosial şəbəkə istifadəçiləri isə üçüncü ildir ki ardıcıl olaraq Avstraliyanın  New South Wales əyalətində qeyd olunan bu hadisəyə dair video və şəkilləri paylaşıblar.



Tədbirdə iştirak edənlərdən biri Menar Hədid həmin videoda deyib: islam sülh və dostluq dinidir və mən bir müsəlman olaraq, dinimi və ölkəmi (Avstraliyanı) sevirəm.



Menar habelə öz şəxsi facebook səhifəsində yazıb: Dünya mediyası İslamın imicini və bizim kimliyimizi  korlamaq üçün mənfi rol oynadığı bir vaxtda, unutmamalıyıq ki, hər bir dində və mədəniyyətdə zorakılığı və qətli təsdiqləyən azmış insanlar var və bu insanların dinimizə (islama) heç bir dəxli yoxdur.



O əlavə edib: Dəyişiklik bizim özümüzdən başlamalıdır və biz öz gündəlik həyatımızda sülh və dostluğu tətbiq etməklə bu təlimləri göstərməli və səmimi, sevgi dolu, təvazökar və mehriban olmalıyıq. 3461033



Tədbirin videoçarxına aşağıdakı linkdən baxa bilərsiniz:



http://static.iqna.ir/1/editor/201512/2.flv



 

Teqlər: quran ، sidney ، gül ، ayə
captcha