IQNA

Oksford universitetində İmam Sadiqə (ə) mənsub Quran tapıldı

23:43 - November 29, 2015
Xəbər sayı: 3458410
Beynəlxalq şöbə: Amerikanın Oksford universitetində qədim və nadir tapıntılardan olan əlyazma Quran-Kərim nüsxəsi tapılıb. Badlin kitabxanasınında kəşf edilən əlyazma nüsxənin İmam Sadiqə (ə) mənsub olduğu deyilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Newnan Times-Herald" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Amerikanın Oksford universitetinin Badlin kitabxanasında qədim və nadir tapıntılardan olan əlyazma Quran-Kərim nüsxəsi tapılıb. Kəşf edilən əlyazma Quran nüsxəsinin İmam Sadiqə (ə) mənsub olduğu deyilir.
Keys Small - Amerikanın Oksford universitetinin Badlin kitabxanasının məsullarından biri, 2015-ci ildə Quran Araşdırmaları Beynəlxalq Təşkilatının Amerikanın Atlanta şəhərində keçirilən konfransında bu barədə açıqlama verib.
Atlanta Quran Araşdırmaları Beynəlxalq Təşkilatının üzvü və Badlin kitabxanasının Quranın əlyazma nüsxələri üzrə müşaviri Keys Small bu barədə dedi: Amerikanın Oksford universitetinin Badlin kitabxanasının qədim və nadir əlyazma nüsxəsi təsadüf nəticəsində və digər bir kitabın cildinə yapışmış halda kəşf edildi. Elsdayr Vatson (Amerikanın Oksford universitetinin Badlin kitabxanasının məsullarından biri) bu əlyazma nüsxəni Fars dilinin 17 miladi əsr hüsnxətinə aid olan iki kitaba yapışmış halda tapın. Vatson mənə icazə verdi ki, bu nüsxəni yayım. Hazırda tədqiqatçılar bu nüsxənin üzərində işləyir, nüsxənin xırdalıqları araşdılılır və universitet fəzasında mütəliə olunaraq haqqında dəqiq fikirlər deyiləcək.
O dedi: Bu Quran nüsxəsi 900-cü illərin əvvəlinə aiddir və yapışıqlı olduğu kitabdan 800 il qədimidir. Bu nüsxənin qızılı xətt ilə yazılması onu digər nüsxələrdən fərqləndirir. Şiələrin altıncı İmamına (ə) mənsub bu nüsxə çox qədimi olsa da ən qədimi sayılmır. Amma hər halda bizə kömək edəcək ki, qədim nüsxələr barədə daha dəqiq məlumatlar əldə edək.   
3457842

Teqlər: quran ، nüsxə ، oksford ، amerika ، imam ، sadiq
captcha