IQNA

Tezliklə "arte" peyk TV kanalına yayımlanacaq;

"Həzrət İsa Məsih (ə) Quranda" sənədli filmi

22:47 - November 07, 2015
Xəbər sayı: 3444459
Beynəlxalq şöbə: Alman və Fransızca yayımlanan "arte" peyk TV kanalından yaxın günlərdə "Həzrət İsa Məsih (ə) Quranda" alı sənədli film yayımlanacaq.


İQNA-nın (beynəlxalq Quran xəbər agentliyi) "histoire – pour – tous" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Alman və Fransızca yayımlanan "arte" peyk TV kanalından yaxın günlərdə 26 nəfər beynəlxalq dini araşdırmaçının hazırladığı 7 seriyadan ibarət olan "Həzrət İsa Məsih (ə) Quranda" alı sənədli film cari ilin Noyabr ayının axırlarında yayımlanacaq.



Bu sənədli televiziya filmində Həzrət İsanın (ə) və anası Məryəmin (s) Qurandakı çox yüksək məqamları barədə söz açılmışdır.  



Sənədli filmin hazırlanmasında Quran-Kərimin Nisa surəsinin 157 və 158-ci ayələri (وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا الْمَسِیحَ عِیسَى ابْنَ مَرْیَمَ رَسُولَ اللّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَـکِن شُبِّهَ لَهُمْ وَإِنَّ الَّذِینَ اخْتَلَفُواْ فِیهِ لَفِی شَکٍّ مِّنْهُ مَا لَهُم بِهِ مِنْ عِلْمٍ إِلاَّ اتِّبَاعَ الظَّنِّ وَمَا قَتَلُوهُ یَقِینًا بَل رَّفَعَهُ اللّهُ إِلَیْهِ وَکَانَ اللّهُ عَزِیزًا حَکِیمًا) - əsas götürülmüş və Həzrət İsanın (ə) çarmıxa çəkilməsi məsələsi rəddo olunmuşdur.



Qeyd edək ki, "arte" peyk TV kanalının adı fransıca "Association Relative à la TélévisionEuropéenne" cümləsinin qısaldılmış formasıdır. Bu kanal Fransız və Alman dillərində əsasən mədəniyyət və incəsənət proqramları hazırlayır və Avropanın mədəniyyət və incəsənət kanalı sayılır. Mərkəzi ofisi Fransanın Strazburq şəhərindədir.  



http://iqna.ir/fa/News/3443357

Teqlər: isa ، məsih ، quran ، incil ، abş
captcha