IQNA

Mişeqan universitetində "İsa Məsih Quranda" adlı elmi toplantı keçiriləcək

23:21 - September 29, 2015
Xəbər sayı: 3374483
Beynəlxalq şöbə: Sabah axşam, həftənin 3-cü gün, 30/09/2015-ci il tarixində ABŞ-ın Mişeqan əyalətinin əyalət universitetində "İsa Məsih Quranda" adlı elmi toplantı keçiriləcək.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "WKAR" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Sabah axşam, həftənin 3-cü gün, 30/09/2015-ci il tarixində ABŞ-ın Mişeqan əyalətinin əyalət universitetində "İsa Məsih Quranda" adlı elmi toplantı keçiriləcək.



İsa Məsih bin Məryəm (ə) Quran-Kərim baxımından böyük və İlahi bir şəxsiyyət sayılmışdır. Buna görə də bu mövzu (İsanın Quranda anılması və necə tanıtdırılması) bir  çox məsihilər, o cümlədən ABŞ-da yaşayan məsihilər üçün təəccüb doğuran mövzu olmuşdur.



Müşahidələrə görə, son illərdə ABŞ-da yaşayan məsihilər və müsəlmanlar arasında artmaqda olan böyük və dərin bir uçurum yaranmışdır.



Son günlərdə prezidentliyə ABŞ-ın respublikaçılar partiyasından olan namizəd Ben Karson iddi etmişdi ki, heç vaxt bir müsəlmanın ABŞ prezidenti olmasına icazə verməməliyik. Bu namizdənin himayəçilərinin çoxu da bu əqidədədirlər.



Digər cəhətdən bir çox məsihilərin Quran-Kərimdə İsa Məsih haqqında İlahi peyğəmbər ünvanı ilə deyilənlərdən xəbəri yoxdur.



Buna görə də : Sabah axşam, həftənin 3-cü gün, 30/09/2015-ci il tarixində ABŞ-ın Mişeqan əyalətinin "İstlebsinq" şəhərində Mişeqan əyaləti universitetində "İsa Məsih Quranda" adlı elmi toplantı keçiriləcək və müsəlmanların İsa (ə) haqqında baxışları insanlara çatdırılacaq.



Zəki Sarituprak – Ohayu şəhərinin "Can Karol universiteti"nin ustadı və "İslamın məsihi" adlı kitabın müəllifi bu toplantıda söhbət edəcəkdir. Onun fikrincə müsəlman və məsihilərin İsa Məsih (ə) barədə müştərək əqidələri onların bir-birini yaxşı tanımağa kömək edəcəkdir.



3374137

Teqlər: isa ، məsih ، quran ، incil ، abş
captcha