IQNA

“Fatimeyi-Zəhra” məscidi ilə bağlı Prezidentə müraciət edilib

12:16 - July 21, 2015
Xəbər sayı: 3331721
Tehran(İQNA)- Müraciətdə tikintisi yarımçıq qalmış məscidin tikintisinin başa çatdırılması və ərazisinin genişləndirilməsi, eləcə də məscidin dini icmasının qeydə alınması üçün yardım göstərilməsi xahiş edilir.

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslam.az-a istinadla verdiyi xəbərə göre, Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində fəaliyyət göstərən “Fatimeyi-Zəhra” məscidinin dindarlarının dini icması və qəsəbə sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

müraciəti 10 minə yaxın qəsəbə sakini imzalayıb. Müraciətdə dövlət başçısından uzun illərdir ki, tikintisi yarımçıq qalmış məscidin tikintisinin başa çatdırılması və ərazisinin genişləndirilməsi, eləcə də məscidin dini icmasının qeydə alınması üçün yardım göstərilməsi xahiş edilir.F

captcha