IQNA

İslam Şurası Məclisi rəisinin iştirakı ilə;

Beynəlxalq Quran Yarışlarının yekun mərasimi keçirildi

23:02 - May 22, 2015
Xəbər sayı: 3306373
Quran üzrə fəaliyyətlər qrupu: İran İslam Respublikasında keçirilən beynəlxalq Quran yarışlarının 32-ci turunun yekun mərasimi bu gecə, 22 may 2015-ci il tarixində İran İslam Şurası Məclisinin rəisinin iştirakı ilə keçirildi.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə İİR-də keçirilən beynəlxalq Quran yarışlarının 32-ci turunun 1-ci və 5-ci yerlərədək qalibləri məlum olduqdan sonra, yekun mərasimi bu gecə, May ayının 22-də, saat 18:00-dan 20:00-dək keçirildi.



Yekun mərasimində İran İslam Respublikası Ali İslam Şurasının sədri Dr. Əli Laricani və digər məsul şəxslər də iştirak edib.



Quran yarışlarının necə keçirilməsi ilə bağlı Höccətül-islam vəl-müslimin Əli Məhəmmədi – Vəliyyi Fəqihin nümayəndəsi və Vəfqlər və Xeyriyyə İşləri Təşkilatının rəisi, çıxış edib.



Qeyd edək İİR-də keçirilən beynəlxalq Quran yarışlarının 32-ci turu keçən Cümə günündən başlamışdı və bu Cümə günü öz işinə yekun vurdu.



Sabah isə Quran yarışlarının iştirakçıları, Quran qariləri, ustadlar, hakimlər heyəti və xarixi qonaqlar  İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Üzma Xamenei ilə görüşəcəklər.





Ali Dini Lider ilə görüş sabah səhər, şənbə günü 10:00-da baş tutacaq və Zöhr namazınadək davam edəcəkdir.



3306257

Teqlər: quran ، yarış ، qiraət ، 32 ، ci tur
captcha