IQNA

Tövhidi dinlərin altıncı beynəlxalq toplantısı İsfahanda keçiriləcək

9:41 - February 04, 2015
Xəbər sayı: 2807141
Dini Elmi Hövzələr qrupu: Tövhidi dinlərin altıncı beynəlxalq toplantısı sabah səhər saatlarında İsfahanın "Abbasi Hoteli"ndə keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyinin verdiyi xəbərə görə "Tövhidi dinlərin altıncı beynəlxalq toplantısı" sabah, saat 8:00-dan 11:00-dək səhər saatlarında İsfahanın "Abbasi Hoteli"ndə keçiriləcək. Günortadan sonra isə İsfahanın İslami Təbliğat Təşkilatının dəftərxanasında toplantının xüsusi iclası olacaq.
Bu toplantının icraçı katibi Fərborz Rahdan dedi: Tövhidi dinlərin sülhamiz şəraitdə yaşamasını yaxşılaşdırmaq hədəfi ilə keçirilən bu toplantıda 6 tövhidi din davamçıları və 35 millətdən nümayəndələr iştirak edəcəklər.
Bu toplantıya 6 ay öncədən edilən çağırışa görə indiyədək 209 məqalə göndərilib ki, bundan 86 məqalə yüksək dərəcədə qəbul olunaraq elmi sənəd kimi 5 cilddə çap olunmuşdur.
Toplantıya göndərilən məqalələrdən 10 məqalə ali, 26 seçilmiş və 50 məqalə çapa layiq həddə qiymətləndirilmişdir ki, toplantıda 10 ali məqalə müəllifinə hədiyyələr təqdim olunacaqdır.
Bu toplantıda "Sabii"lər (Yəhya peyğəmbərin davamçıları), "Zərdüşt"lər və "Kəlimi"lərin də nümayəndələri iştirak edirlər.
2798480

captcha