IQNA

Yerəvanın "Göy Məscid"ində Ali Rəhbərin məktubu oxundu;

İslam İnqilabı Ali Rəhbərinin Avropa Tələbələrinin İslami Birliyinə ismarıcı

23:58 - January 24, 2015
Xəbər sayı: 2759938
Siyasi qrup: İslam İnqilabının Ali Rəhbəri Avropa Tələbələrinin İslami Birliyinin 49-cu konfransına ünvanladığı ismarıcda vurğuladı: "Savadlanmağı düşüncə, savad və düşüncəni isə iffət və təqva ilə qarışdırın".


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin dəftərxanasının rəsmi informasiya portalına istinadən verdiyi xəbərə görə İslam İnqilabının Ali Rəhbəri Avropa Tələbələrinin İslami Birliyinin 49-cu konfransına ünvanladığı ismarıcda vurğuladı: "Savadlanmağı düşüncə, savad və düşüncəni isə iffət və təqva ilə qarışdırın. Bu halda heç bir ölkə üçün heç bir sərvət sizin kimi cavanların varlığını əvəz etməyəcəkdir".



Həzrət Ayətullah Üzma Seyid Əli Xameneinin bu ismarıcı Höccətul-İslam vəl-müslimin Cəvad Əjei – Ali Rəhbərin Avropada tələbələrin işləri üzrə nümayəndəsi, tərəfindən Yerəvanın "Göy Məscid"ində oxundu.



İsmarıcın mətnini tədqim edirik:



Bismillahir-rəhmanir-rəhim



Cavanlar! Əzizlər!



Sizin, müxtəlif ölkələrin universitetlərində olmağınız dünya hadisələrinə dərin və hikmətamiz başıx üçün sizə bir fürsət yaradır, həmçinin gələcəyin İranına bu fürsəti verir ki, sizin kimi dünyagörüşlü və dünya qədər böyük və geniş baxışlı alimlərdən bəhrələnsin. Bu nemətin qədrini bilməliyik.



Şiftə olmaq, zahiri zər-zibaya aldanmaq savadsızlıq və cahil olmaq qədər zərərlidir. Bu gün xüsusi olaraq bu barədə fikirləşin ki, niyə qərb siyasəti islamofobiyanı qızışdırır!? Və İran üslubu ilə tanınan siyasi İslamın hansı qüdrətli ünsürüdür ki, tamahkar, təcavüzkar və despotçu iqtidarları onunla hər cür vasitə ilə qarşı-qarşı gəlməyə vadar edir?



Savadlanmağı düşüncə, savad və düşüncəni isə iffət və təqva ilə qarışdırın. Bu halda heç bir ölkə üçün heç bir sərvət sizin kimi cavanların varlığını əvəz etməyəcəkdir.



Allah dostunuz və köməyiniz olsun.



Seyid Əli Xamenei



3/Bəhmən/1393 (Günəş ili)



23/Yanvar/2015



 

Teqlər: ali ، məqam ، rəhbər ، fransa ، şarli ، hebdo ، məktub
captcha