IQNA

"Məzhəblərin Yaxınlaşması Təşkilatı"nın 5-ci illik toplantısı Alman mediası tərəfindən xüsusi maraqla qarşılandı

8:34 - January 13, 2015
Xəbər sayı: 2703943
Xarici Şöbə: Almaniyanın "İslami Məzhəblərin Yaxınlaşması" (Təqrib) təşkilatının "ekstremizm; İslam və ictimaiyyət üçün əsas problem" adı ilə Hamburqun İslam Mərkəzində keçirilən 5-ci illik toplantısı Alman mediası tərəfindən xüsusi maraqla qarşılandı.




İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "fa.izhamburg" informasiya portalına istinadən verdiyi xəbərə görə Almaniyanın "İslami Məzhəblərin Yaxınlaşması" (Təqrib) təşkilatı özünün 5-ci illik toplantısını həftənin şənbə günü, 10 yanvar 2015-ci il tarixində, İslam Peyğəmbərinin (s) doğum günü və "vəhdət" həftəsi ərəfəsində  "ekstremizm; İslam və ictimaiyyət üçün əsas problem" adı ilə Hamburqun İslam Mərkəzinin həmkarlığı ilə həmin mərkəzin toplantı salonunda keçirdi.





Bu toplantı Fransadakı son terror hadisələrinə görə daha çox həssaslıq daşıyırdı və buna görə də ZDF, NDR, Almaniyanın 1-ci kanalı və sair KİV-lərin, həmçinin ümumi cəmiyyətin xüsusi marağı ilə qarşılandı.





Toplantıda Ayətullah Dr. Ramazani (Hamburqun İslami Mərkəzinin müdiri və İmam Camaat), Ayman Mazik (Almaniya Müsəlmanlarının Mərkəzi Şurasının rəisi), Mustafa Yoldaş (Hamburq Müsəlmanlar Şurasının rəisi), Kətayun Əmirpur (Hamburq Universitetinin İslamşünaslıq Kafedrasının rəisi), Əli Qəndur (Munestir universitetindən), Yasmin Şumən (Berlin Universitetindən), Anderya Selinski (London Universitetindən), Ünal Qaymaqçı (Almaniya Şiələr Birliyinin rəisi) və digər ictimai nüfuzlu şəxlər çıxış etdilər.





2698561

Teqlər: almaniya ، şiə ، sünni ، müsəlman ، təqrib ، toplantı
captcha