IQNA

Suriyanın Baş Müftisi vurğuladı:

İslam dünyasının düşmənləri ilə mübarizə üçün "Ümumdünya təqrib təşkilatı" və "əl-əzhər"in həmkarlığı bir zərurətdir!

23:56 - January 07, 2015
Xəbər sayı: 2684313
Beynəlxalq qrup: Əhməd Bədruddin Həsun - Suriyanın Baş Müftisi vurğuladı: İslam dünyasının düşmənlərinin fitnə və hiylələri ilə mübarizə və İslam ümmətinin birlik və vəhdətinin gücləndirilməsi üçün "Dünya İslam Birliyi", "İslami Məzhəblərin Ümumdünya Təqrib Təşkilatı" və "Əl-Əzhər"in həmkarlığı bir zərurətdir!


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə bu gün səhər, 7 yanvar 2015-ci il, Əhməd Bədruddin Həsun - Suriyanın Baş Müftisi, Tehranda "Beynəlxalq İslam Vəhdəti Konfransı"nın 28-ci iclasının açılışında ilk öncə Ali Dini Lider Həzrət Ayətullah Üzma İmam Xamenei və İran xalqından bu konfransı təşkil və evsahibliyi etdikləri üçün təşəkkür edərək çıxışı zamanı vurğuladı:



"Bu konfransın zaman və məkanı haqqında iki mühüm məqam vardır. Zamana aid olan mühüm nöqtə budur ki, bu konfrans insanlara ülgü və örnək olan Peyğəmbərin (s) mövludu ilə bir vaxta düşür. O peyğəmbər (s) ki, pərakəndə ərəbləri və əcəmləri İslam dini ətrafında birləşdirdi. Amma məkan barədə deyəcəyim nöqtə budur ki, nə üçün Tehran belə bir konfransa evsahibliyi edir? Niyə ərəb ölkələrinin paytaxtları belə bir konfransa evsahibliyi etmirlər?! Cavabında deməliyəm ki, çünki Tehran Allaha iman gətirdi və imanını Haqqa tapşıraraq istikbarçı insanların köləliyini və nökərliyini qəbul etmədi!  



O, İran İslam İnqilabına işarə edərək dedi: İmam Xomeynidən (r.ə) qələbə barədə soruşulduqda dedi: "Qələbə Allahındır!" – və bu, İmam Xomeyninin (r.ə) qələbə rəmzi idi".  



O, İslam ümmətini təhdid edən fitnələrə və dini təşkilatların bu barədə mühüm vəzifəsinə işarə edərək vurğuladı: "İslam dünyasının düşmənlərinin fitnə və hiylələri ilə mübarizə və İslam ümmətinin birlik və vəhdətinin gücləndirilməsi üçün "Dünya İslam Birliyi", "İslami Məzhəblərin Ümumdünya Təqrib Təşkilatı" və "Əl-Əzhər"in həmkarlığı bir zərurətdir!"



Müfti bütün İslam mərkəzləri və təşkilatlarına xitab olaraq əlavə etdi: "Biz hazırıq ki, Əl-Əzhər və Dünya İslam Birliyi təşkilatlarına müraciət edərək müzakirələr aparaq, sünni-şiə və ərəb-əcəm kimi məsələləri kənara qoyaraq, (İslam və Quran əsasında) vəhdət əldə edək".



Sonra dedi: "Biz indi "İslam Xilafəti" (İŞİD) kimi ciddi təhlükə ilə üz-üzəyik. Bu xilafət bizim cavanları bir-birilə döyüşdürür. Biz xilafətdən öncə "imamət" ardınca olmalıyıq. Çünki birinci, ikinci və üçüncü xəlifə də aralarında "imam" olduğu üçün xilafət edə bildilər. İmamət dini mərkəz və dini qayıdış yeridir, xilafət isə siyasi mərkəzdir. İran da mərkəzdə İmam Xomeyni kimi dini "imam" və dövlət başçısı olduğu üçün siyasi qələbəni də əldə edə bildi. İranın bu qələbəsi bütün cavanlara təlim verilməlidir.



Həsun dedi: Xilafət axtaranlardan ilk öncə soruşulmalıdır ki, sizin "imam"ınız kimdir?! Onlara pul və silahı kim verir?!



Suriyanın baş müftisi: "Sizə müjdə verirəm ki, Suriya qələbə çaldı. 23 milyonluq bir ölkə 83 dövlətə qarşı vuruşdu və müqavimət göstərdi!



Livanın İslam Müqaviməti qələbə çaldı. Bu bütün müsəlmanların qələbəsi oldu. Seyid Həsən Nəsrullahın şəkili bütün evlərə doldu. Qərblilərin və təkfirçilərin bütün himayədarlarının qorxusu məhz budur!



O sonda dedi: Livan, Qəzzə və Suriya İslam Müqavimətini daimi dəstəklədiyinə və həmişə məzlum müsəlmanların kənarında olduğuna görə İran İslam Respublikasında öz təşəkkürümü bildirirəm. Çünki Qəzzənin qələbəsi fələstinlilərin qanı, İran xalqının maddi və mənəvi köməkləri və Livan və Suriyanın birgə düşüncə və proqramları sayəsində əldə olundu.



2683026

Teqlər: iqna ، vəhdət ، konfrans ، 28 ، mövlud ، müfti ، suriya ، terror ، imam ، xomeyni
captcha