IQNA

Dini Elmlər tarixində ilk dəfə;

Ali Fiqh dərslərində "İslami şəhər salma sistemi" fənni keçiriləcək

6:33 - September 17, 2014
Xəbər sayı: 1450859
Dini Elmi Hövzələr qrupu: Dini Elmi Hövzənin tarixində ilk dəfə olaraq Qum şəhərinin Ali Dini Elmlər Hövzəsində Ali Fiqh dərslərində "İslami şəhər salma sistemi" fənni tədris olunacaqdır.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə Dini Elmi Hövzənin tarixində ilk dəfə olaraq Qum şəhərinin Ali Dini Elmlər Hövzəsində Ali Fiqh dərslərində Ayətullah Möhsin Əraki – İslami Məzhəblərin Yaxınlaşması Təşkilatının rəisi və Qum Dini Elmi Hövzəsinin ustadı, tərəfindən "İslami şəhər salma sistemi" fənni tədris olunacaqdır.



Bu dərs, həftənin 4-cü günləri (cümə axşamı günü) saat 11:00-da "Feyziyyə" mədrəsəsində öncədən adını dərsdə iştirak üçün yazdıran tələbələrə keçiriləcəkdir.



Bu dərs Qumun İcra Hakimiyyətinin istəyi və həmkarlığı ilə Feyziyyə mədrəsəsinin "İmam Xomeyni" adına dərs zalında keçiriləcəkdir.



Bu dərslərdə iştirak edənlər üçün Qumun İcra Hakimiyyəti tərəfindən uyğun mövzuda sertifkat, aylıq və diplom işinin himayə olunması kimi imtiyazlar nəzərdə tutulmuşdur.



Qeyd edək ki, Qumun İcra Hakimiyyəti nümayəndəsi Ayətullah Möhsin Əraki ilə görüşündə belə bir dərsin tələbələr üçün zəruriliyini bildrimiş və xahiş etmişdi ki, tələbələrə "İslami şəhər salma sistemi" və şəhər salamanın fiqhi qanunları öyrədilsin ki, gələckdə İslami şəhər salma sistemi kamil şəkildə həyata keçirilə bilsin.    



1450658 

captcha