IQNA

Uşaqlar ƏRBƏİN zəvvarlarının şəkil sujeti olacaq

5:46 - September 24, 2019
Xəbər sayı: 3485865
Bu il dünyanın ən böyük siyasi, sosial və məzhəbi hadisəsi olan ƏRBƏİN yürüşündə uşaqlar kameraların əsas sujeti olacaq. Bu təşəbbüslə İranın Uşaq və Gənclərin İntellektual İnkişaf Mərkəzi çıxış edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu il dünyanın ən böyük siyasi, sosial və məzhəbi hadisəsi olan ƏRBƏİN yürüşündə uşaqlar kameraların əsas sujeti olacaq.

Bu təşəbbüslə İran İslam Respublikasının Uşaq və Gənclərin İntellektual İnkişaf Mərkəzi çıxış edib.

Həmin mərkəz tərəfindən ƏRBƏİN iştirakçıları arasında "ƏRBƏİN uşaqlarının foto festivalı" müsabiqəsi keçirilir.  

Müsabiqədə iştirak edənlərin uşaqlar və yeniyetmələrdən hazırladıqları fotolar iki kateqoriyada qiymətləndiriləcək: 12 yaşdan 18 yaşadək və 18 yaşdan yuxarı iştirakçılar.

Yarış iştirakçıları ƏRBƏİN yürüşündə ən gözəl səhnələri öz kameraları ilə çəkib mərkəzin poçt adresinə göndərməlidirlər. Şəkillərin sayı 5, formatı "jpg", həcmi 1 mb və ölçüsü 8 meqapikseldən yuxarı olmalıdır.   

İştirakçılar fotolarına İngilis dili (latın) əlifbası ilə ad yazmalı, öz kimliklərini "vord" faylında qeyd edərək, faylı və fotoları CD-də Noyabr ayının 10-dək Tehranın "Kanun Fotorqraflar Birliyi"nə (Fatimi xiyabanı, Hicab xiyabanı, Bədii və Ədəbi Yaradıcılıq İdarəsi) göndərməlidirlər.

Qeyd edək ki, ƏRBƏİN yürüşündə hazırlanmış fotoların sərgisi cari ilin Dekabr ayında keçiriləcək. Qaliblərə müxtəlif hədiyyələr, o cümlədən Kərbəla və Məşhəd səfəri xərcləri veriləcək.   

http://iqna.ir/fa/news/3844347

captcha