IQNA

Terrorçu Səudiyyə koalisiyası Yəməndə məscidə hücum etdi

21:30 - September 23, 2019
Xəbər sayı: 3485863
Yəmənin Umran şəhərində Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın döyüş təyyarələrinin təşkil etdiyi hava hücumunda bir ailədən 5 dinc sakin həyatını itirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin Umran şəhərində Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın döyüş təyyarələrinin təşkil etdiyi hava hücumunda bir ailədən 5 dinc sakin həyatını itirib.   

Hücumların başlamasının ardınca ailə üzvlərinin məscidə getdiyi, ancaq Səudiyyə Ərəbistanı rəhbərliyindəki koalisiyaya aid döyüş təyyarələrinin məscidi hədəfə aldığı və hücumda bir ailədən 5 nəfərin həlak olduğu qeyd olunub. 

"Al Masirah" televiziyası həmin ailənin 2 uşağının isə itkin düşdüyünü bildirib. 

 Səudiyyə orqanlarından hücum və itkilərlə bağlı hər hansı bir şərh verilməyib.

http://iqna.ir/fa/news/3844156

 

Teqlər: səudiyyə ، yəmən ، iqna
captcha