IQNA

Suizdə iki Quran təlimi mərkəzi açıldı

6:15 - September 22, 2019
Xəbər sayı: 3485854
Qurani-Kərimin təlimi mərkəzlərinin Şənbə günü (22 Sentyabr 2019-cu il) keçirilən açılış mərasimində Misrin İslami Fondlar Nazirliyinin Suizdəki nümayəndəsi Şeyx Məhəmməd Əcəmi iştirak edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Suiz şəhərində İslami Fondlar Nazirliyinin təşəbbüsü ilə iki Qurani-Kərim təlimi mərkəzi istifadəyə verilib.

Qurani-Kərimin təlimi mərkəzlərinin Şənbə günü (22 Sentyabr 2019-cu il) keçirilən açılış mərasimində Misrin İslami Fondlar Nazirliyinin Suizdəki nümayəndəsi Şeyx Məhəmməd Əcəmi iştirak edib.

Bu iki Quran təlimi mərkəzi Suiz şəhərinin iki məscidinin nəzdində fəaliyyət göstərəcək.

Quran təlimi mərkəzində Quran, fiqhi qaydalar, fiqh elmləri və təfsir dərsləri tədris ediləcək. İslami Fondlar Nazirliyi bu təlim mərkəzlərinə hər iki ildə bir dəfə yeni tələbələr qəbul edəcək və məzun tələbələrə rəsmi sənəd veriləcək.   

http://iqna.ir/fa/news/3843744

Teqlər: iqna ، Quran mərkəzi ، misr ، məscid
captcha