IQNA

Xaşıqçının qətlinin sifarişçisinin "twitter" hesabı bağlandı

7:34 - September 21, 2019
Xəbər sayı: 3485848
"Twitter" sosial şəbəkəsi dünən (Cümə, 20 Sentyabr 2019) Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salmanın sabiq müşaviri Səud Qəhtaninin və bir sıra anti-İran mediaların hesabını bağlayıb.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "twitter" sosial şəbəkəsi dünən (Cümə, 20 Sentyabr 2019) Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salmanın sabiq müşaviri Səud Qəhtaninin hesabını bağlayıb.  

Həmçinin "twitter" elan edib ki, Səudiyyə Ərəbistanın dövləti ilə bağlı media dairələrinin hesabları və İran İslam Respublikası və Qətər əleyhinə təbliğ edən BƏƏ və Misrə bağlı bir çox hesablar bağlanıb.

"Twitter"in bu addımının dəlili bilinməsə də məşhur təndiqçi jurnalist Camal Xaşıqçının İstambulda öldürülməsinin üzərindən bir il keçdikdən sonra onun qətlində təqsirli sayılan Qəhtaninin hesabının bağlanması birmənalı qarşılanmayıb.

Guya Xaşıqçının qətli senarisini skayp vasitəsi ilə yönləndirən və keçən il bu səbəbdən tutduğu vəzifədən çıxarılan Qəhtani pərdəarxasında yenə də öz işi ilə məşğuldur.

Bəzi siyasi analitiklər isə bunun bir oyun olduğu və Səudiyyənin Qəhtanini bu hadisədə aparıcı "baş" kimi göstərərək diqqəti Bin Salman üzərindən yayındırmaq istədiyini deyirlər.  

http://iqna.ir/fa/news/3843392/

captcha