IQNA

Pakistanda Aşura şairlərinin toplantısı keçirildi

23:41 - September 18, 2019
Xəbər sayı: 3485835
İran İslam Respublikasının Lahurdakı Mədəniyyət Əlaqələri İdarəsi və Lahur universitetinin İranşünaslıq fakültəsinin həmkarığı ilə keçirilən toplantıda Aşura şeri yazan şairlər və qələm əhli iştirak edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanın Lahur şəhərində Kərbəla qiyamı və Aşuraya həsr edilmiş şer gecəsi keçirilib.

İran İslam Respublikasının Lahurdakı Mədəniyyət Əlaqələri İdarəsi və Lahur universitetinin İranşünaslıq fakültəsinin həmkarığı ilə keçirilən toplantıda Aşura şeri yazan şairlər və qələm əhli iştirak edib.

Mərasimdə İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Əliəkbər Rzayifərd, Əhli-Beyt (ə) şairəsi Nahid Dərani, Lahurun irfani musiqi sənətçiləri Rifahi Rasti və Şahan Müzəffər, şair Rza Nəqəvi, şair Şökət Çuhdəri və digər tanınmış şəxsiyyətlər İmam Hüseynin (ə) və Kərbəla qiyamının şer və ədəbiyyatında təsirindən danışıblar.

http://iqna.ir/fa/news/3843185

captcha