IQNA

Mərakeşdə 7-ci beynəlxalq Quran təcvidi festivalı keçiriləcək

13:12 - September 15, 2019
Xəbər sayı: 3485816
7-ci beynəlxalq Qurani-Kərimin təcvidi festivalı Mərakeşin Kazablanka şəhərinin "Badirə" sosial inkişaf və əlaqələr birliyinin təşəbbüsü ilə keçirilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, 7-ci beynəlxalq Qurani-Kərimin təcvidi festivalı Mərakeşin Kazablanka şəhərinin "Badirə" sosial inkişaf və əlaqələr birliyinin təşəbbüsü ilə keçirilir.

Mərakeşin 7-ci beynəlxalq Qurani-Kərimin təcvidi festivalının keçirilmə komitəsinin rəisi Həsən Xəbbaz bu barədə deyib: Yeddinci Beynəlxalq Quran Təcvidi Festivalı gələn ilin (2020) Yanvar ayının 22-dən 25-dək keçiriləcək.  

O əlavə edib: Bu beynəlxalq festivalın keçirilməsi  komitəsinin üzvləri öz bütün səyləri ilə çalışırlar ki, festival həmişəki kimi uğurlu, müvəffəqiyyətli və öncəki strategiyalara uyğun şəkildə həyata keçsin.

Qeyd edək ki, Mərakeşin öncəki təcvid festivalında dünyanın bir çox "ibtihal" (dini nəğmə, gözəl səslə münacat) və qiraət ustadları, o cümlədən Şeyx Səid Müslim, Şeyx Məhəmməd Kəntavi, Əbdülməcid Süvəyri və Yasin əş-Şəhəb müküfatlandırılıblar.  

http://iqna.ir/fa/news/3842191

captcha