IQNA

Quranı oxuyarkən ömürüm boyu müsəlman yaşadığımı anladım

17:00 - September 08, 2019
Xəbər sayı: 3485795
İrlandiyalı məşhur müğənni xanım Şeyned Ukaner müsəlman olması barədə təəssüratlarını bölüşərək deyib: Qurani-Kərimi oxuduqdan sonra başa düşdüm ki, əslində ömürüm boyu qəlbən müsəlman yaşamışam.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən il İslam dinini qəbul etmiş İrlandiyalı məşhur müğənni xanım Şeyned Ukaner müsəlman olması barədə təəssüratlarını bölüşərək deyib: Qurani-Kərimi oxuduqdan sonra başa düşdüm ki, əslində ömürüm boyu qəlbən müsəlman yaşamışam.  

O, İslam dininə olan sevgisinə işarə edərək deyib: Mən müsəlman olduğum üçün qürur hissi duyuram. Mən özümü yeni müsəlman hesab etmirəm. Hiss edirəm ki, öncədən də müsəlman olmuşam. Qayıdışın mənası budur ki, insan Quranı oxuyur və bütün ömürü boyu müsəlman olduğunu, amma bunu bilmədiyini görür.

Qeyd edək ki, Şeyned Ukaner keçən il İslam dini qəbul edərək adını Şəhadə Sədaqət qoyub.

http://iqna.ir/fa/news/3840847/

Teqlər: iqna ، irlandiya ، islam dini ، müğənni ، quran
captcha