IQNA

16:08 - September 07, 2019
Xəbər sayı: 3485787
Fələstin İslam Heyətinin rəisi: Livan İslam Müqaviməti Hərəkatı Qüvvələrinin (HİZBULLAH) sionist rejimi əleyhinə həyata keçirdiyi son əməliyyatlar İsrailin məhvinə doğru atılmış addımdır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, cari ilin Avqust ayının 25-də İsrail dronlarının HİZBULLAH qüvvələri tərəfindən vurularaq endirildiyi xəbəri yayıldı. HİZBULLAH mediası bu xəbəri təkzib edərək bildirdi ki, dronlar özləri qəzaya uğrayıblar.

Seyid Həsən Nəsrullah bu hadisənin ardınca çıxış edərək bildirdi ki, sionist rejimi Livan sərhədlərini pozduğu üçün öz layiqli cavabını alacaq, bundan sonra sionist rejiminin bütün dronları vurulacaq.

Seyid Nəsrullahın çıxışından bir neçə saat sonra HİZBULLAH döyüşçüləri işğal edilmiş ərazilərdə hərəkətdə olan sionist zirehli maşınını vurdu və maşının sərnişinləri məhv edildi. Bu hücumdan qorxan İsrail qəsəbə sakinləri sığınacaqlara soxdu.  

Fələstin İslam Heyətinin rəisi Şeyx Səid Qasim uyğun mövzuda İQNA ilə müsahibəsində dedi: Livan İslam Müqaviməti Hərəkatı Qüvvələrinin (HİZBULLAH) sionist rejimi əleyhinə həyata keçirdiyi son əməliyyatlar İsrailin məhvinə doğru atılmış addımdır.

O əlavə etdi: Müqavimət güclərinin dəqiq və sərrast atəşləri düşmənin məhvinin və Fələstinin azadlığının başlanğıcıdır.

Şeyx Səid Qasim müqavimət güclərinin anti-israil əməliyyatını alqışlayaraq dedi: Allah Seyyidi qorusun, onu Qüdsdə namaz qılmaq arzusuna çatdırsın. Onların düşmənə qətiyyətli cavabı israil qarşısındakı bütün məhdudiyyətləri dağıtdı, Ərəb ölkələri sionist rejimin qarşısında geri çəkildiyi bir vaxta müqavimət gücləri bir mərhələ də irəli getdilər.   

http://iqna.ir/fa/news/3840591

Ad:
E-poçt:
* Comment: