IQNA

12:47 - September 07, 2019
Xəbər sayı: 3485782
Həzrət Əli Əkbər (ə) Hüseyniyyəsində İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq edən şiələrə polis hücum edib. Polislər Hüseyniyyənin əşyalarını və dini kitabları müsadirə ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Həzrət Əli Əkbər (ə) Hüseyniyyəsində İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq edən şiələrə polis hücum edib.

Polislər Hüseyniyyədəki dini kitabları, Quran, Məfatihul-Cinan və qara bayraqları götürüblər və əzadarlıqla məşğul olan 11 iranlı kişi və qadını həbs ediblər.

Malaziyanın Kualalampur şəhərində baş verən hadisəyə İran İslam Respublikasının bu ölkədki Mədəniyyət Əlaqələri İdarəsi və səfirliyi müdaxilə edib. Bundan sonra iranlı vətəndaşlar sərbəst buraxılıblar.

Polislər Hüseyniyyədən götürdükləri kitab və əşyaları və həmçinin iki nəfər əzadarlıq edəni özləri ilə Selangur rayonunun Dini İşlər İdarəsinə aparıblar.  

Qeyd edək ki, dünən, həftənin Cümə günü, 6 Sentyabr 2019-cu il, Malaziyanın Selangur əyalətinin dini işlər idarəsi Cümə xətiblərinə şiələrə hücum etməyi və onları azğın firqə adlandırmağı göstəriş vermişdi.  

http://iqna.ir/fa/news/3840573

Ad:
E-poçt:
* Comment: