IQNA

22:06 - August 21, 2019
Xəbər sayı: 3485722
Ayətullah Üzma Xamenei bu görüşdə dedi: "Hindistan hökuməti ölkədəki müsəlmanlara qarşı insaflı davransın, insaflı siyasət yürütsün və Kəşmir müsəlmanlarına qarşı güc tətbiqindən əl çəksin."
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Hindistan hökuməti ölkədəki müsəlmanlara qarşı insaflı davransın, insaflı siyasət yürütsün və Kəşmir müsəlmanlarına qarşı güc tətbiqindən əl çəksin."
Bunu Ali Rəhbər Ayətullah Xamenei Hökumət rəsmiləri ilə görüşdə Kəşmirdə baş verən hadisələrə münasibət bildirib.
Ayətullah Xamenei bildirib ki, İran və Hindistan arasında münasibətlər normaldır. "Hindistan və Pakistan arasında Kəşmir məsələsiylə bağlı mövcud olan problem vaxtilə İngiltərənin xəbis addımlarının nəticəsidir. İngiltərə Kəşmirdə gərginliyin davamı üçün bölgədə bu yaranı qəsdən açıq saxladı və bölgəni tərk etdi."
Ayətullah Xamenei həmçinin məsul şəxsləri ölkə daxilində istehsal həcmini artırmağa və diqqəti istehsala yönəltməyə səsləyib və bildirib ki, mövcud problemlərin əsas açarı istehsal sahələrini gücləndiməkdədir.
Ayətullah Xamenei ölkənin neft gəlirlərindən asılılığını tənqid edərək, kənd təsərrufatı və elmi inkişafı artırmağa, iqtisadi sahələri şaxələndirməyi ölkə rəhbərliyinə tövsiyyə edib.
O, həmçinin ölkə daxilində yoxsulluğun aradan qaldırılması və iqtisadi gəlirlərin ədalətli paylanmasının zəruriliyini vurğulayıb.
Teqlər: imam xamenei ، kəşmir ، iqna ، hidistan
Ad:
E-poçt:
* Comment: