IQNA

9:22 - August 20, 2019
Xəbər sayı: 3485717
Fələstinin baş qazisi (Qazil-Quzat) "Əqsa Məscidi Müshəfi" adı ilə tanınan Quran nüsxələrinin bazar, kitabxana və məscidlərdən yığışdırılası barədə göstəriş verib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinin baş qazisi (Qazil-Quzat) "Əqsa Məscidi Müshəfi" adı ilə tanınan Quran nüsxələrinin bazar, kitabxana və məscidlərdən yığışdırılası barədə göstəriş verib.

Fələstinin baş qazisi və muxtar dövlətinin dini işlər və İslam əlaqələri üzrə müşaviri Məhmud Əl-Həbaş bu barədə media qrumlarına rəsmi açıqlamada məlumat verib.

Məhmud əl-Həbaş deyib ki, "Əqsa Məscidi Müshəfi" adı ilə tanınan və Qəzzanın "Mənsur" nəşriyyatı tərəfindən nəşr edilən Quran nüsxələrində çap zamanı səhvə yol verilib.

Bu Quran nüsxələrində Quran səhifələrinin ardıcıllıqlarında problem var. Məsələn Qurani-Kərimin Hücürat surəsi 516-531-ci səhifələrdə olmalıdır, amma 113-115-ci səhifələrdə çap edilib.

Qəzzanın İslami Fondlar Naziri Əhməd Kilab bu bəyaniyyəyə cavab olaraq deyib: əl-Həbaş bu məsələni çox şişirdib. Bu cür səhvlər texnikidir və bütün nüsxələrə aid deyil. "Əqsa Məscidi Müshəfi" ən yaxşı Quran nüsxələrindən biridir və əl-Əzhər İslami Araşdırmalar Mərkəzinin icazəsi ilə çap və nəşr edilmişdir.

http://iqna.ir/fa/news/3836014

Ad:
E-poçt:
* Comment: