İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Filippinin paytaxtı Manil şəhərində bu gün (19 Avqust 2019) mübarək Qədim-Xum bayramı münasibəti ilə bayram tədbiri keçirilib.
İran İslam Respublikasının Manildəki Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüsü ilə keçirilən mərasimdə mövludnamə, mədhiyyə, şer, dəkləmə və müxtəlif yarış proqramları icra edilib.
Qeyd edək ki, sabah, həftənin ikinci günü, 20 Avqust 2019-cu il, Zil-Hiccə ayının 18-i və Qədir-Xum bayramıdır. Həmin günü bütün Əhli-Beyt (ə) aşiqləri təntənəli bayram təbdiri təşkil edirlər.