IQNA

11:37 - August 18, 2019
Xəbər sayı: 3485707
Malaziyada bu ölkənin "USM universiteti" və İran İslam Respublikasının Filippindəki Mədəniyyət Əlaqələri İdarəsinin həmkarlığı ilə "Quranın nəstliq hüsnxətti ilə kitabəti" sərgisi və dərnəyi keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Malaziyada bu ölkənin "USM universiteti" və İran İslam Respublikasının Filippindəki Mədəniyyət Əlaqələri İdarəsinin həmkarlığı ilə "Quranın nəstliq hüsnxətti ilə kitabəti" sərgisi və dərnəyi keçiriləcək.

İran İslam Respublikasının Filippinin Manil şəhərindəki Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Məhəmməd Cəfəri Məlikin bu barədə İQNA-ya verdiyi açıqlamada bildirib: İranın Manildəki hüsnxətt ustadları birliyinin və İranın Malaziyadakı Mədəniyyət Əlaqələri İdarəsinin həmkarlığı ilə təşkil edilən bu sərgi Avqust ayının 21-də baş tutacaqdır. Sərgidə iranlı hüsnxətt ustadlarının, o cümlədən Təndis Təqəvinin əsərləri nümayiş olunacaq.

Bundan əlavə sərgi çərçivəsində iranlı ustadlar tərəfindən hüsnxətt dərsləri də keçiriləcəkdir. Malaziyanın USM universitetinin tələbələri bu qısamüddətli təlim kursunda Quran ayələri ilə hüsnxətt tabloları yaratmağı öyərənəcəklər.   

http://iqna.ir/fa/news/3835695

مالزی؛ میزبان نمایشگاه خوشنویسی قرآنی

Ad:
E-poçt:
* Comment: