Ölkənin şəhər və rayonlarındakı məscidlərində bayram namazı qılınıb. Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib. Daha sonra möminlər bir-birlərini bayram münasibətlə təbrik ediblər.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınıb. Qurban bayramı münasibətilə saat 08:00-dan etibarən Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə bayram namazı qılınıb.
Paytaxtın və ölkənin digər şəhər və rayonlarındakı məscidlərində bayram namazı qılınıb. Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib. Daha sonra möminlər bir-birlərini bayram münasibətlə təbrik ediblər.
Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.