IQNA

Ayətullah Möhsininin Kabulda dəfn mərasimi – FOTO

8:58 - August 08, 2019
Xəbər sayı: 3485663
Əfqanıstan ŞİƏ Alimlər Şurasının rəisi Həzrət Ayətullah Üzma Məhəmməd Asif Kabulinin dəfn mərasimi cari həftənin ikinci günü (6 Avqust 2019) "Xatəmun-Nəbiyyin (s) Ali Elmi Dini Hövzə"sində keçirildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanlı şiə alimi, müctəhid və Əfqanıstan ŞİƏ Alimlər Şurasının rəisi Həzrət Ayətullah Üzma Məhəmməd Asif Kabulinin dəfn mərasimi cari həftənin ikinci günü (6 Avqust 2019) "Xatəmun-Nəbiyyin (s) Ali Elmi Dini Hövzə"sində keçirildi.  

Həzrət Ayətullah Üzma Məhəmməd Asif Kabulinin cənazəsi özünün təsis etdiyi "Xatəmun-Nəbiyyin (s) Ali Elmi Dini Hövzə"sində torpağa tapşırılıb.  

Həzrət Ayətullah Üzma Məhəmməd Asif Kabuli Əfqanıstan Şiə Alimlər Şurasının rəisi və "Xatəmun-Nəbiyyin (s) Ali Dini Elmi Hövzəsi"nin təsisçisi olub. Habelə şiə məzhəbinə Əfqanıstan dövlətində rəsmi status almaq və şiələrin dövlətdə rəsmi sənədlə qeydiyyatdan keçirilməsi və vətəndaş hüquqlarının tanıdılması kimi mühüm addımlar atmışdır.

http://iqna.ir/fa/news/3833179

 

captcha