IQNA

əl-Əzhər: Terroristlərin cinayətləri Qurana qarşı aşkar bir mübarizədir

8:28 - August 07, 2019
Xəbər sayı: 3485660
əl-Əzhər İslam Elmləri Akademiyasının rəisi Şeyx Əhməd Təyyib bəyaniyyə yayaraq keçən həftənin bazar günü Qahirənin "əl-Əvram" akademiyasının yaxınlığında törədilən terror patlayış hadisəsini pislədi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin əl-Əzhər İslam Elmləri Akademiyasının rəisi Şeyx Əhməd Təyyib bəyaniyyə yayaraq keçən həftənin bazar günü Qahirənin "əl-Əvram" akademiyasının yaxınlığında törədilən terror patlayış hadisəsini pislədi.

Onlarla günahsız insanların yaralanması və on doqquz nəfərin ölməsi ilə nəticələnən terror aktını məhkum edən əl-Əhzər Şeyxi elan edib: Terrorçuların törətdikləri terror cinayətləri Qurani-Kərim və dinlərin təlimləri ilə ziddir.

Misrin əl-Əzhər İslam Elmləri Akademiyasının rəisi Şeyx Əhməd Təyyib bəyaniyyədə deyir: Uşaqların, qadınların və sivil vətəndaşların izdihamlı yerində, Qurban bayramı ərəfəsində, həm haram aylardan birində və həm də Həcc günləri mövsümündə belə bir cinayətin həyata keçirilməsi terrorçuların həqiqi simasını göstərir və onların müsəlman olmaları barədə yalanlarını ifşa edir.

O əlavə edir: Terrorçu qrupların törətdikləri bütün cinayətlər İslam dini ilə ziddir, Allah kəlamına qarşı gəlməkdir və bütün dinlərin təlimləri qarşı açıq mübarizədir.

Misrin əl-Əzhər İslam Elmləri Akademiyasının rəisi Şeyx Əhməd Təyyib bəyaniyyənin sonunda hadisə qurbanlarının ailələrinə başsağlığı verib, onlar üçün Allahdan səbr və yarılılar üçün şəfa diləyib.

http://iqna.ir/fa/news/3833012

Teqlər: misr ، əl-əvram ، terror ، iqna ، qahirə
captcha