IQNA

Nigeriyada Quranın Elmi Ecazkarlığı kursu keçirildi

9:01 - August 06, 2019
Xəbər sayı: 3485658
Nigeriyanın Bayru-Kanu universitetində ilk dəfə universitet və institut ustadları üçün Quranın Elmi Ecazkarlığı kursu keçirilib. 187 nəfərin iştirakı ilə keçirilən bu kurs iki gün davam edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Nigeriyanın Bayru-Kanu universitetində ilk dəfə universitet və institut ustadları üçün Quranın Elmi Ecazkarlığı kursu keçirilib.

Qurani-Kərimin elmi ecazkarlığı kursu İslam Dünyası Birliyinin nəzdində fəaliyyət göstərən "Ümumdünya Quran və Sünnət Heyəti"nin təşəbbüsü və Nigeriya Quran araşdırmları mərkəzinin həmkarlığı ilə təşkil edilib.

187 universitet müəlliminin iştirak etdiyi iki günlük bu  kurslarda Ərəb və İngilis dilində 15 elmi məqalənin təqdimatı əsasında çıxışlar olub. Çıxışlarda Quran və sünnənin elmi ecazkarlıqları mövzusundə elmi tədqiqat üslubları açıqlanıb. Həmçinin Quranın və sünnənin elmi ecazkarlıqlarını araşdırmaq üçün tədqiqatçılar qrupu yaradılıb.   

http://iqna.ir/fa/news/3832232

برگزاری دوره آموزشی اعجاز علمی قرآن کریم در نیجریه 
 
برگزاری دوره آموزشی اعجاز علمی قرآن کریم در نیجریه 
 
برگزاری دوره آموزشی اعجاز علمی قرآن کریم در نیجریه 
 
برگزاری دوره آموزشی اعجاز علمی قرآن کریم در نیجریه 
Teqlər: elmi ecazkarlıq ، quran ، sünnə ، iqna
captcha